PMS Sertifikatı (II mərhələ) üzrə imtahanlarda 10 ballıq tapşırıqlar zamanı əsas vəsaitlərin təmir xərci

PMS Sertifikatı (II mərhələ) üzrə imtahanlarda 10 ballıq tapşırıqlar zamanı əsas vəsaitlərin təmir xərci

Satışı davam edən "PMS Sertifikatı (II) Mərhələ - III nəşr" kitabından seçmə

Təmir xərcləri ilə bağlı əsas məqam odur ki, Vergi Məcəlləsinin 115.2-ci maddəsinə uyğun olaraq məhdudlaşdırmadan artıq olan məbləğ cari vergi ilinin sonuna əsas vəsaitlərin (vəsaitin) qalıq dəyərinin artmasına aid edilir.
Mİsal. Vergi ödəyicisinin  yüksək texnologiyalar məhsulu olan hesablama texnikasının 2022-ci ilin sonuna qalıq dəyəri 8 000 manatdır. 2023-cü il ərzində həmin əsas vəsaitə 500 manatlıq xərc çəkilb. Vergi Məcəlləsinin 115.1-ci maddəsinə əsasən, həmin əsas vəsaitin təmirinə çəkilən təmin xərcin maksimum həddi 400 manat (8 000 manat x 5 faiz) təşkil edir. 2023-cü ildə təmir xərci 500 manat olduğu üçün 100 manatlıq (500 manat (təmir xərci üzrə norma) – 400 manat (faktiki təmir xərci)) fərq əsas vəsaitin qalıq dəyərini artırır.
İkinci məqam odur ki, təmir xərcinin faktiki xərci Vergi Məcəlləsi ilə müəyyənləşdirilən təmir xərcindən az olsun.
Mİsal. 2022-ci ilin sonuna qaliq dəyəri 30 000 manat olan avandanlıq üçün cəmi 500 manat məbləğində təmir xərci çəkilib. Vergi Məcəlləsinin 115.1-ci maddəsinə əsasən, təmir xərcinin maksimum məbləği 1 500 manat (30 000 manat x 5 faiz) olmalıdır. Bu zaman vergi ödəyicisi həmin 500 manatı 2023-cü ildə gəlirdən çıxacaq. 1000 manatlıq (1 500 manat (norma üzrə təmir xərci) – 500 manat (faktiki təmir xərci)) təmir xərcini isə avandanlıq üçün 2024-cü ildə nəzərdə tutulan xərcin üzərinə əlavə edə bilər.

Təmir xərcləri ilə bağlı son məqam ondan ibarətdir ki, 1 yanvar 2024-cü il tarixdən Vergi Məcəlləsinin 115.1-ci maddəsində edilən dəyişiklik nəticəsində yük avtomobilləri üzrə fərqli yanaşma tətbiq olunur. Dəyişikliyədək yük avtomobilləri üçün ilin sonuna qalıq dəyərinin 5 faizi qədər təmir xərci hesablanılırdı. Yeni dəyişiklikdən sonra Vergi Məcəlləsinin 115.1-ci maddəsinə yük avtomobillərinin ilin sonuna qalıq dəyərinin 8 faizi üzrə təmir xərcinin hesablanması qeyd olunub.
Mİsal. Vergi ödəyicisinə məxsus yük avtomobilinin 2024-cü ilin sonuna qalıq dəyəri 20 000 manatdır. Yeni dəyişikliyə görə, yük avtomobilinə görə gəlirdən çıxılan təmir xərcinin maksimum məbləği 1 000 manat (20 000 manat x 5 faiz) yox, 1 600 manat (20 000 manat x 8 faiz) olacaq.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

1. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2024 (YENİ) - SATIŞI BİTİB (iyun ayında yeni nəşr olacaq)

2. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu - Satışı bitib

3.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) - SATIŞI davam edir

4. A-dan Z-yə: Kargüzarlıq - Satışı davam edir

5. Əmək Qanuvericiliyi Toplusu 2023 - Satışı davam edir

6. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 - Satışı davam edir

7. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  - Satışı davam edir

8. ƏMAS Platforması - 2024 (II nəşr) - 27 may tarixindən SATIŞDA

9. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2024 - iyunayından satışda

10. Əmək Bələdçisi - 2024 - sentyabr ayından satışda

11.  Vergi Platforması - 2024 - iyun ayından satışda satışda

12.  PMS Sertifikatı (I mərhələ) - I nəşr Test və tapşırıqlar toplusu - iyun 2024-cü il tarixdən satışda

13.  Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - İyun 2024-cü il tarixdən satışda

0 Komment

    Şərh yazın

    Xəbərlər