Əvəzgün (day-off) verilən zaman ən çox edilən səhv hansıdır?

Əvəzgün (day-off) verilən zaman ən çox edilən səhv hansıdır?

Satışı davam edən "Əməyin uçotu: A-dan Z-yə" (IV nəşr) kitabından seçmə

Əmək Məcəlləsinin 164-cü maddəsinin ikinci hissəsinə əsasən, istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü işləmiş işçinin arzusu ilə ona əmək haqqı əvəzinə başqa istirahət günü verilə bilər.
Mİsal  İşəgötürən 6 fevral tarixdə (həftəninin bazar günü) işçini işə cəlb edir və əmr verir ki, istirahət günü işə cəlb edilən işçi həftənin çərbənşə axşamı - 8 fevral tarixdə işə çıxmasın. Bu zaman işəgötürən işçiyə hər hansı əlavə ödəniş hesablamır, əsas kimi işə cəlb olunduğu istirahət günü əvəzinə ona bir iş günü istirahət verməsini göstərir. Təəssüf ki, təcrübədə əksər işəgötürənlər tərəfindən tətbiq edilən bu cür yanaşma səhvdir. İşəgötürən çərşənbə axşamı işçiyə istirahət günü verməklə, onun aylıq iş normasını bərabərləşdirir. Fevral ayında 20 iş günü olduğu üçün 160 saat (20 iş günü x 8 saat) iş norması mövcuddur. İşəgötürən işçini bazar günü 8 saat işə cəlb edir və istirahət günü ikiqat hesablanmalı olduğu üçün işçiyə ödəniləcək iş saatı 176 saat (160 saat (aylıq iş norması) + 8 saat (Bazar günü cəlb etdiyi iş saatlarının sayı) x 2 (İstirahət günü işə çıxmasına görə ikiqat hesablama)) təşkil edir. İşəgötürən çərşənbə axşamı (iş günü) işçiyə 8 saat istirahət verməklə aylıq iş normasının 168 saat (176 saat (İstirahət günü nəzərə alınmaqla aylıq iş saatlarının cəmi) – 8 saat (Çərşənbə axşamı günü işçinin normal iş saatı) olmasını təmin edir. 
Bu səbəbdən də, əvəzgün verilməsinə baxmayaraq, işçinin 8 saatlıq əmək haqqının hesablanması da həyata keçirilməlidir. Əgər əvəzgün verilməsəydi, o zaman işçiyə 16 saat (ikiqat) hesablama tətbiq olunmalı idi, əvəzgün verildiyi üçün 8 saata əmək haqqı hesablanması həyata keçirilməlidir. Əmək Məcəlləsinin 164-cü maddəsinin birinci hissəsinə əsasən, aylıq maaş alan işçilərə iş aylıq iş vaxtı norması çərçivəsində görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşı məbləğindən aşağı olmamaqla, əgər iş aylıq iş vaxtı normasından artıq vaxtda görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşının ikiqat məbləğindən aşağı olmamaqla istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əmək haqqı ödənilməlidir.
Əvəzgün verilməsi halını daha bir misalla izah edək.
Mİsal. 20 iş günü olan işçinin əmək haqqı fevral ayında 1 000 manatdır, işçi ay ərzində istirahət günü işə cəlb edilib. İşəgötürən işçiyə istirahət günü işlədiyinə görə həftəiçi iş günlərinin birində istirahət verib. Yekunda işçi ayda 20 gün işləsə də, sadəcə bir dəfə istirahət günü işə cəlb olunub. Bu zaman işçinin aylıq əmək haqqı 1 050 manat (1000 manat (Aylıq əmək haqqı) + 50 manat (1000 manat /20 iş günü)) təşkil edəcək. Əgər işəgötürən işçiyə istirahət günündə işə cəlbetməyə görə əvəzgün verməzsə, o halda işçinin əmək haqqı 1 100 manat ((1000 manat (Aylıq əmək haqqı) + 50 manat (1000 manat /20 iş günü) x 2 (İstirahət günü işə cəlb edilməyə görə müəyyənləşdirilən əmsal)) təşkil edəcək.
Bəzən isə işəgötürən istirahət günü işə cəlb etdiyi işçiyə əvəzgün kimi bir yox, iki gün verməklə, ona əlavə əmək haqqı hesablanmasını həyata keçirmək istəmir.
Mİsal İşəgötürən işçini 18 fevral (bazar günü) işə cəlb edib. İşəgötürən qərar verir ki, işçi 20 və 21 fevral 2024-cü il tarixlərində işə gəlməsin və nəticədə aylıq iş norması üzrə eyniləşdirmə alınsın. İşəgötürənin bu cür qərar verməsi əmək qanunvericiliyinin tələblərinə zidddir. Çünki Əmək Məcəlləsi işçinin işlədiyi vaxta görə əmək haqqının hesablanmasını mütləq şərt kimi müəyyən edib. Əvəzgün belə işçiyə ikiqat əmək haqqı hesablanmasının kompensasiyası (əvəzi) kimi verilə bilər. İşçi bazar günü işə çıxıbsa, o zaman işlədiyi iş vaxtına görə mütləq əmək haqqı almalıdır.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

1. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2024 (YENİ) - SATIŞI BİTİB (iyun ayında yeni nəşr olacaq)

2. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu - Satışı bitib

3.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) - SATIŞI davam edir

4. A-dan Z-yə: Kargüzarlıq - Satışı davam edir

5. Əmək Qanuvericiliyi Toplusu 2023 - Satışı davam edir

6. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 - Satışı davam edir

7. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  - Satışı davam edir

8. ƏMAS Platforması - 2024 (II nəşr) - 27 may tarixindən SATIŞDA

9. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2024 - iyunayından satışda

10. Əmək Bələdçisi - 2024 - sentyabr ayından satışda

11.  Vergi Platforması - 2024 - iyun ayından satışda satışda

12.  PMS Sertifikatı (I mərhələ) - I nəşr Test və tapşırıqlar toplusu - iyun 2024-cü il tarixdən satışda

13.  Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - İyun 2024-cü il tarixdən satışda

0 Komment

    Şərh yazın

    Xəbərlər