Müddətli əmək müqaviləsi ilə işləyən işçinin öncədən xəbərdarlıq edilməsinə ehtiyac var?

Müddətli əmək müqaviləsi ilə işləyən işçinin öncədən xəbərdarlıq edilməsinə ehtiyac var?

Satışına START verilən “Əməyin uçotu: A-dan Z-yə” (IV nəşr) kitabından seçmə

Bəzi həmkarlar hesab edirlər ki, müddətli əmək müqaviləsi bitmədən işçiyə xəbərdarliq verilməlidir ki, sonradan fərdi əmək mübahisələri yaranmasın. Əmək Məcəlləsinin 73-cü maddəsində xəbərdarlıqla bağlı tələb nəzərdə tutulmasa da, müddətlə bağlı fikir mövcuddur. Həmin maddədə “bir həftə” anlayışından istifadə edilsə də, xəbərdarlıq nəzərdə tutulmayıb. Bir həftə tələbi işəgötürən və ya işçinin əmək müqaviləsinin müddəti bitdikdən sonra əmək münasibətlərinin davam etdirilib-etdirilməməsi ilə bağlı münasibət bildirməsi üçündür. Müddətli əmək müqaviləsinin bitməsi haqqında işəgötürənin işçiyə məlumat verməsi qanunvericilikdə nəzərdə tutulmadığı üçün işəgötürən həmin bir həftə ərzində istədiyi vaxt əmək müqaviləsinə xitam verə bilər. Eyni şərtlər işçi üçün də keçərlidir. Yəni işçi də müddət bitdikdən sonra bir həftə ərzində işəgötürənə əmək müqaviləsinə xitam haqqında münasibətini bildirdiyi halda, işəgötürən həmin müqaviləni uzada bilməz. 
Müqavilənin müddətinin bitməsi ilə bağlı bildiriş və ya xəbərdarlıq formasının yazılmasına gəlincə, fikrimizcə, bu, kadr kargüzarlığı baxımından məqsədəuyğun olsa da, məcburi sayılmır. 
Məlumat üçün bildirək ki, Rusiyanın əmək qanunvericiliyində müddətli əmək müqaviləsinin bitməsi ilə bağlı işçiyə xəbərdarlıq edilməsi nəzərdə tutulub. Rusiya Əmək Məcəlləsinin 79-cu maddəsinə əsasən, işəgötürən tərəfindən işçiyə işdən çıxarılmağa ən azı üç təqvim günü qalmış əmək müqaviləsinin müddətinin başa çatmasına görə ona xitam verilməsi barədə yazılı məlumat verilməlidir. 
Fikrimizcə, gələcəkdə ölkəmizdə əmək müqaviləsi başa çatdıqdan sonra 1 həftəlik müddətin müəyyən edilməsi əvəzinə bu cür praktikanın tətbiq edilməsi daha düzgün olardı.
Həmçinin, Rusiya Federasiyası Əmək Məcəlləsinin 58-ci maddəsində qeyd edilir ki, tərəflərdən heç biri müddətli əmək müqaviləsinin müddətinin başa çatması ilə əlaqədar ona xitam verməyi tələb etməzsə və işçi əmək müqaviləsinin müddəti bitdikdən sonra işləməyə davam edərsə, əmək müqaviləsinin müddətli olması şərti qüvvəsini itirir və əmək müqaviləsi qeyri-müəyyən müddətə bağlanmış hesab olunur.
Göründüyü kimi, qonşu ölkədə müddətli əmək müqaviləsinin bitməsi ilə bağlı halların tənzimlənməsi daha sərtdir.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

1. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2024 (YENİ) - SATIŞI BİTİB (iyun ayında yeni nəşr olacaq)

2. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu - Satışı bitib

3.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) - SATIŞI davam edir

4. A-dan Z-yə: Kargüzarlıq - Satışı davam edir

5. Əmək Qanuvericiliyi Toplusu 2023 - Satışı davam edir

6. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 - Satışı davam edir

7. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  - Satışı davam edir

8. ƏMAS Platforması - 2024 (II nəşr) - 27 may tarixindən SATIŞDA

9. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2024 - iyunayından satışda

10. Əmək Bələdçisi - 2024 - sentyabr ayından satışda

11.  Vergi Platforması - 2024 - iyun ayından satışda satışda

12.  PMS Sertifikatı (I mərhələ) - I nəşr Test və tapşırıqlar toplusu - iyun 2024-cü il tarixdən satışda

13.  Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - İyun 2024-cü il tarixdən satışda

0 Komment

    Şərh yazın

    Xəbərlər