Ezamiyyə zamanı nəqliyyat xərcləri necə tənzimlənir?    

Ezamiyyə zamanı nəqliyyat xərcləri necə tənzimlənir?    

Satışına START verilən “Əməyin uçotu: A-dan Z-yə” (IV nəşr) kitabından seçmə

Ezamiyyə zamanı işçinin yarana biləcək nəqliyyat xərcini 3 cür təsnifləşdirmək olar:
- Gündəlik xərclərə aid edilən nəqliyyat xərcləri;
Bu cür xərclərə şəhərdaxili nəqliyyat xərcləri aid edilir. Misal üçün, Gəncə şəhərinə ezamiyyə olunan işçi ictimai nəqliyyatdan istifadə edərək ezam olunduğu müəssisədən Bakı şəhərinə qayıtmaq üçün dəmiryolu vağzalına gedib. Həmin xərci təsdiq edən hər hansı əlavə sənəd tələb edilmir. Qeyd edək ki, işçi həmin məsafəni taksi ilə qət edərsə, buna görə işçiyə hər hansı əlavə ödəniş edilmir.
- Ezamiyyə olunan əraziyə getmək üçün nəqliyyat xərci;
Qaydalara əsasən  nəqliyyat xərclərinə - ezam olunma yerinə getmək və qayıtmaq, ölkədaxili nəqliyyat xərcləri (taksidən istifadə istisna olmaqla, yaşayış məntəqəsindən kənarda yerləşən vağzala, limana (bərəyə), təyyarə meydanına və ölkə ərazisində digər məntəqələrə getmək) daxildir və bu xərclər təqdim edilən sənədlər əsasında ödənilir.
Mİsal. İşçi Gəncə şəhərinə getmək üçün şəhərlərarası sürət qatarından istifadə edir. Bu zaman şəhərlərarası sürət qatarına ödənilən məbləğ ezamiyyə normasına aid edilmir. Təsdiqedici sənədlərə uyğun olaraq nəqliyyat xərci kimi ödənilir. 
Bundan əlavə, işçinin yaşayış məntəqəsindən vağzala getmək üçün ödədiyi, həmçinin nəqliyyatda sərnişinlərin icbari sığorta üzrə tədiyyələri, biletlərin qabaqcadan satışı üzrə xidmətin ödənilməsi, qatarlarda yatacaq ləvazimatlarından istifadə üçün xərclər də nəqliyayt xərclərinə aid edilir. Misal üçün, Gəncə şəhərinə ezam olunan işçi həmin ünvandan Şəkiyə səfər edirsə, o zaman ictimai nəqliyyata ödədiyi məbləğ gündəlik ezamiyyə normasına yox, nəqliyyat xərcinə aid edilir.
Mümkündür ki, büdcədən maliyyələşdirilən dövlət orqanlarında işçinin ezamiyyətə getməsi xidməti minik avtomobili ilə həyata keçirilir. Bu zaman nəqliyyat xərci minik avtomobilinin yanacaq sərfiyyatına görə ödənilir.
Mİsal. İşçi Bakı şəhərindən Mingəçevir şəhərinə ezam olunub. Bakıdan Mingəçevirə olan məsafənin təxminən 280 kilometr olmasını nəzərə alsaq, nəqliyyat vasitəsinin qət etdiyi kilometrə görə nəqliyyat xərci ödəniləcək. Bu xərc minik avtomobilinin texniki pasportuna görə hər kilometrə görə sərf edilən yanacaq sərfinə görə hesablanacaq. A-92 benzinindən istifadə edən minik avtomobilinin hər 100 kilometrə görə sərfiyyatının 10 litr olmasını nəzərə alsaq, nəqliyyat xərci aşağıdakı kimi hesablanacaq:
560 kilometr (280 kilometr x 2) x 0.10 litr (hər 100 kilometrə 10 litr) x 1 manat  (A-92 benzinin qiyməti) = 56 manat

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

1. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2024 (YENİ) - SATIŞI BİTİB

2. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu - ARTIQ SATIŞDA

3.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) - SATIŞI davam edir

4. A-dan Z-yə: Kargüzarlıq - Satışı davam edir

5. Əmək Qanuvericiliyi Toplusu 2023 - Satışı davam edir

6. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 - ARTIQ SATIŞDA

7. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  - 9 APREL TARİXİNDƏN SATIŞDA

8. Əmək Platforması - 2024 - 16 Aprel tarixindən SATIŞDA

9. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2024 - aprel ayından satışda

10. Əmək Bələdçisi - 2024 - May ayından satışda

11.  Vergi Platforması - 2024 - May ayından satışda satışda

12.  PMS Sertifikatı (I mərhələ) - I nəşr Test və tapşırıqlar toplusu - May 2024-cü il tarixdən satışda

13.  Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - Aprel 2024-cü il tarixdən satışda

0 Komment

    Şərh yazın

    Xəbərlər