İş yerlərinin attestasiyası ilə bağlı 10 gün müddətində məlumat verilməsi hansı zərurətdən yaranıb?

İş yerlərinin attestasiyası ilə bağlı 10 gün müddətində məlumat verilməsi hansı zərurətdən yaranıb?

Satışına START verilən “Əməyin uçotu: A-dan Z-yə” (IV nəşr) kitabından seçmə

23 iyun 2023-cü il tarixli qanunla Əmək Məcəlləsində dəyişiklik edilib. Dəyişiklik nəticəsində  Əmək Məcəlləsinin 64-cü maddəsinin birinci hissəsində qeyd edildi ki, işəgötürən iş yerlərinin attestasiyasının keçirilməsini və attestasiyanın aparılması nəticələrinə dair sənədlərin surətinin 10 iş günü müddətində məlumat üçün Dövlət Əmək Müfəttişliyi Xidməti qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunmasını təmin etməlidir. İş yerlərinin attestasiyanın nəticəsi olaraq işçi əlavə məzuniyyət, qısadılmış iş vaxtı, əmək haqqına əlavə, güzəştli pensiyaya çıxmaq və s. hüquqlara malik olur. Nazirlər Kabinetinin 6 mart 2000-ci il tarixli, 38 nömrəli qərarı ilə təsdiq olunmuş “İş yerlərinin attestasiyasının keçirilməsi qaydaları”nın 1.5-ci maddəsinə əsasən, attestasiyanın keçirilməsi müddəti 5 ildə bir dəfədən az olmayaraq, əməyin xarakterinin və şəraitinin dəyişməsindən asılı olaraq müəssisənin özü tərəfindən müəyyən olunur. 
Göründüyü kimi, qərarda işəgötürən üçün 5 ildə bir dəfədən az olmayaraq iş yerlərinin attestasiyası tələbi qoyulub. Nazirlər Kabinetinin 27 sentyabr 2019-cu il tarixli, 423 nömrəli qərarı ilə Dövlət Əməyin Mühafizəsi Fondu yaradılıb. Fond işəgötürənlər tərəfindən iş yerlərinin attestasiyasının keçirilməsinin uçotu sistemini yaradacaq. Gələcəkdə iş yerlərinin attesyasiyasını keçirməyən işəgötürənlər üçün inzibati cərimələr tətbiq edilməsi də gözlənilir.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

1. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2024 (YENİ) - SATIŞI BİTİB

2. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu - ARTIQ SATIŞDA

3.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) - SATIŞI davam edir

4. A-dan Z-yə: Kargüzarlıq - Satışı davam edir

5. Əmək Qanuvericiliyi Toplusu 2023 - Satışı davam edir

6. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 - ARTIQ SATIŞDA

7. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  - 9 APREL TARİXİNDƏN SATIŞDA

8. Əmək Platforması - 2024 - 16 Aprel tarixindən SATIŞDA

9. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2024 - aprel ayından satışda

10. Əmək Bələdçisi - 2024 - May ayından satışda

11.  Vergi Platforması - 2024 - May ayından satışda satışda

12.  PMS Sertifikatı (I mərhələ) - I nəşr Test və tapşırıqlar toplusu - May 2024-cü il tarixdən satışda

13.  Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - Aprel 2024-cü il tarixdən satışda

0 Komment

    Şərh yazın

    Xəbərlər