Azərbaycanda rekrutinq sahəsində nümunəvi şirkət necə olmalıdır?

Azərbaycanda rekrutinq sahəsində nümunəvi şirkət necə olmalıdır?

Humanique agentliyinin əsasında analiz

Bakıda insan resursları ekspertlərinin fikrinə görə, “yaxşı iş tapmaq nə qədər çətindirsə, yaxşı işçi tapmaq ondan ikiqat çətindir”. Hazırda ölkəmizdə peşəkar mütəxəssisləri tapmaq o qədər də asan deyil. İstər fərdi sahibkarlar, istərsə də böyük şirkətlər, holdinqlər işçi axtarışı zamanı xeyli problemlərlə üzləşir.
Əsas problemlər:
- Kadrların layiq olduğundan daha çox əməkhaqqıya iddia etməsi;
- Yumşaq bacarıqları (soft skills) olan şəxslərin texniki tələblərə, sərt bacarıqları (hard skills) olan şəxslərin isə yumşaq bacarıqlara aid tələblərə uyğun gəlməməsi;
- Menecment və rəhbərliyin istəklərinin adekvat olmaması;
- İşaxtaranları qiymətləndirən HR komandasının seçim zamanı səriştəli və obyektiv davranmaması;
Şirkətlərin qeyri-maddi motivasiya (maaşdan başqa) üçün təkliflərinin cəlbedici olmaması və s.

Əbəs deyildir ki, bir çox şirkətlər işəgötürmə, habelə headhunting xidmətlərini əksər hallarda HR-agentliklərə həvalə edir. Çünki onların bu sahədə ekspertizası böyük olur, bürokratik əngəllər az olur, onlar daha çevik tərpənir. Amma bir çox müstəqil HR-ekspertlərinin qeyd etdiyi kimi, son zamanlar heç HR-agentliklər də yaxşı iş sərgiləmir. İşədüzəltmə agentliklərinin işində ən çox bu neqativ hallardan şikayət olunur:
- Konveyer üsuluyla işlədiklərinə görə müştərinin istəklərinə özəl yanaşma olmaması;
- Göndərilən namizədlərin işin təsvirinə (job description-a) uyğun gəlməməsi;
- Şişirdilmiş əməkhaqqı gözləntiləri;
- Darixtisaslı rekruterlərin (məsələn, İT heyətinir, həkimləri intervyu edə biləcək rekruter və s.) olmaması;
- Vakansiyanı tez bağlamaq xatirinə ilk namizədlərlə kifayətlənmə.

Amma sevindirici haldır ki, ölkədə HR sahəsində olan bu qaranlıq tunelin sonunda işıq ucu görünür. 2024-cü ilin aprelində Azərbaycanda beynəlxalq standartlara uyğun yeni HR agentlik – Humanique yaradılıb. Rəsmi saytlarından göründüyü kimi, şirkət biznes-konsultasiya üzrə fəaliyyət göstərir. Hətta marketinq, maliyyə modelləşdirməsi, strateji menecment konsultasiyası üzrə şirkət həllər təklif edir. Amma yenə də şirkətin əsas xidmətləri insan resursları üzərində fokuslanıb.

Təbiidir ki, rekrutinq hazırda ən çox tələb olunan xidmətdir. Yaxşı namizədlərin tapılması, onların intervyu edilməsi, sınaqdan keçirilməsi, onboarding və s. üzrə xidmət göstərmək üçün agentlikdə Azərbaycanın bir çox tanınmış ekspertlərinin potensialından istifadə olunur.
İnternetdə qısa araşdırma göstərdi ki, Azərbaycanda heç bir HR-agentlik öz xidmətlərini bu qədər şəffaf, gözəgəlimli və müasir qaydalara uyğun şəkildə mövqeləndirmir. Hətta mövcud bazarın liderləri belə sadəcə öz əlaqə məlumatlarını göstərməklə kifayətlənir, müştəri-yönümlü yanaşmaları ilə fərqlənmək istəmir. Lakin Humanique agentliyi öz saytında nə, necə, niyə suallarının cavabını verə bilir. 

Agentliyin direktoru, ölkədə HR sahəsində ən tanınmış ekspertlərdən olan Səbinə Mehtizadə həm özünün, həm də komandasının gücünə arxalanaraq bu yolda uğurlu olacağına inanır. Belə düşünürük ki, Humanique agentliyinin uğuru çevrədən, ekspertlərin sayından, verilən xidmətlərin spektrindən daha çox başqa şeyə bağlıdır.
2024-cü ilin fevral ayından etibarən SimilarWeb platformasının məlumatına əsasən ölkədə ən populyar işaxtarma saytı busy.az sayılır. Hər ay daxil olan yüzminlərlə traffik, geniş filtrlər, ən böyük məqalə bazası, Google-da axtarış nəticələrində ilk sıralarda çıxma sayəsində busy.az lider mövqeyinə yüksəlib. Biz elə fikirləşirik ki, Humanique agentliyinin tanınmasında, namizədləri tapmaqda, vakansiyaları yerləşdirməkdə, şirkətlərə HR-brendinq xidmətləri təklif etməkdə busy.az karyera saytının rolu böyükdür. 
Ölkədə aparıcı rekrutinq agentliklərindən olan IRES şirkətinin jobsearch platforması olduğu kimi, Humanique agentliyinin də busy.az platformasına sahib olması ona böyük aktiv gətirmiş olur.

Hazırda ölkədə 15-dən çox işaxtarma saytı olsa da, onlardan yalnız 5-6 sayt nümunəvi xidmət göstərir. İstər rəqəmsal mühitdə, istərsə də offlayn ortamda işaxtarma və işəgötürmə sahəsində yeni, müasir, keyfiyyətli xidmət göstərən oyunçuların olması təbii ki, bazarın inkişafı üçün çox faydalıdır. Çünki rəqabətdən qazanan son istehlakçı, yəni iş axtaran kütlə və yaxşı namizəd axtaran işəgötürənlərdir. Ümid edək ki, gələcəkdə Azərbaycanda rekrutinq sahəsində daha yaxşı, daha peşəkar oyunçunun olması bazara yeni nəfəs gətirəcək. 

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

1. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2024 (YENİ) - SATIŞI BİTİB

2. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu - ARTIQ SATIŞDA

3.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) - SATIŞI davam edir

4. A-dan Z-yə: Kargüzarlıq - Satışı davam edir

5. Əmək Qanuvericiliyi Toplusu 2023 - Satışı davam edir

6. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 - ARTIQ SATIŞDA

7. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  - 9 APREL TARİXİNDƏN SATIŞDA

8. Əmək Platforması - 2024 - 16 Aprel tarixindən SATIŞDA

9. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2024 - aprel ayından satışda

10. Əmək Bələdçisi - 2024 - May ayından satışda

11.  Vergi Platforması - 2024 - May ayından satışda satışda

12.  PMS Sertifikatı (I mərhələ) - I nəşr Test və tapşırıqlar toplusu - May 2024-cü il tarixdən satışda

13.  Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - Aprel 2024-cü il tarixdən satışda

0 Komment

    Şərh yazın

    Xəbərlər