Ezamiyyə normaları necə müəyyənləşdirilir? (YENİ)

Ezamiyyə normaları necə müəyyənləşdirilir? (YENİ)

Satışına START verilən “Əməyin uçotu: A-dan Z-yə” (IV nəşr) kitabından seçmə

4 aprel 2024-cü il tarixli, 200 saylı qərarla Nazirlər Kabinetinin 25 yanvar 2008-ci il tarixli, 14 saylı “Ezamiyyə xərclərinin normaları haqqında”qərarına uyğun müəyyənləşdirilən ezamiyyə normalarına dəyişiklik edilib.

Son dəyişiklik nəticəsində respublikadaxili ezamiyyətlər üçün normalar aşağıdakı şəkildə təsdiq olunub:

Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin 1 günlük norması:

-Bakı şəhərində 125,0 manat  (dəyişikliklərə qədər 90 manat);

- Naxçıvan şəhərində 100 manat (dəyişikliklərə qədər 70 manat);

-Gəncə və Sumqayı şəhərlərində 95,0 manat (dəyişikliklərə qədər 70 manat);

-respublika tabeli digər şəhərlərdə, rayon mərkəzlərində, şəhər tipli qəsəbələrdə və kəndlərdə 90,0 manat (dəyişikliklərə qədər 65 manat).

Qeyd edək ki, son dəyişiklikdən sonra Naxçıvan şəhəri üzrə ezamiyyə norması Gəncə və Sumqayıt şəhərləri ilə birgə deyil, ayrıca təsnifləşdirilib.

Bir məqamı da bildirək ki, son dəyişikliklərədək Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin müəyyən edilmiş 1 günlük normasının 80 faizini mehmanxana xərcləri təşkil edirdisə, yeni dəyişiklikdən sonra bu norma 70 faiz olaraq müəyyənləşdirilib. Respublikadaxili ezamiyyə zamanı artıq gündəlik xərclər normanın 20 yox, 30 faizini təşkil edəcək. Bu haqda geniş məlumatı növbəti səhifələrdə misallarla təqdim etmişik.

 

Xarici ölkələrə ezamiyyə xərclərinin 1 günlük normaları:

Nazirlər Kabinetinin 4 aprel 2024-cü il tarixli, 200 saylı qərarı ilə  xarici ölkələr üzrə normalara da dəyişiklik edilib. MKS.az-ın HR portalında yerləşdirilən yeni normalardan görünür ki, bəzi xarici ölkələr üzrə normalarda dəyişikliklər var. Misal üçün, Rusiya Federasiyası üçün ezamiyyə norması əvvəllər 150 dollar idisə, yeni dəyişiklikdən sonra həmin norma 170 dollara qədər artırılıb.

Xarici ölkələr üçün rəsmiləşdirilən ezamiyyə normalarında səfər ediləcək ölkəyə müvafiq olaraq 4 valyuta (ABŞ dolları, Avro, İngiltərə funt sterlinqi və Yapon iyeni) müəyyənləşdirilir. Mümkündür ki, bir ölkə üzrə müxtəlif şəhərlərə fərqli ezamiyyə normaları olsun. Misal üçün, Türkiyə üçün gündəlik norma 180 avro müəyyənləşdirilsə də, Ankara və İstanbul şəhərləri üçün müvafiq olaraq 200 və 220 avro məbləğində norma üzərindən hesablama aparılır. Ancaq işçi Türkiyənin İzmir şəhərinə ezam olunarsa, bu zaman gündəlik norma 180 avrodan hesablanacaq. Qeyd edək ki, yeni dəyişiklik nəticəsində Türkiyə üçün normalar artırılmaqla yanaşı İstanbul və Ankara şəhərləri üzrə ayrıca təsnifləşdirmə aparılıb.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

1. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2024 (YENİ) - SATIŞI BİTİB

2. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu - ARTIQ SATIŞDA

3.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) - SATIŞI davam edir

4. A-dan Z-yə: Kargüzarlıq - Satışı davam edir

5. Əmək Qanuvericiliyi Toplusu 2023 - Satışı davam edir

6. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 - ARTIQ SATIŞDA

7. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  - 9 APREL TARİXİNDƏN SATIŞDA

8. Əmək Platforması - 2024 - 16 Aprel tarixindən SATIŞDA

9. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2024 - aprel ayından satışda

10. Əmək Bələdçisi - 2024 - May ayından satışda

11.  Vergi Platforması - 2024 - May ayından satışda satışda

12.  PMS Sertifikatı (I mərhələ) - I nəşr Test və tapşırıqlar toplusu - May 2024-cü il tarixdən satışda

13.  Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - Aprel 2024-cü il tarixdən satışda

0 Komment

    Şərh yazın

    Xəbərlər