Əmək müqaviləsi ilə ƏMAS altsistemindəki göstəricilər arasında fərq olsa, hansı üstün sayılır?

Əmək müqaviləsi ilə ƏMAS altsistemindəki göstəricilər arasında fərq olsa, hansı üstün sayılır?

Satışına START verilən “Əməyin uçotu: A-dan Z-yə” (IV nəşr) kitabından seçmə

Təcrübədə rast gəlinən hallardan biri də, əmək müqaviləsi üzrə göstəricilərin ƏMAS altsisteminə daxil edilməsində texniki səhvlərə yol verilməsidir. 
Mİsal. İşəgötürən mütəxəssis vəzifəsinə işə qəbul etdiyi şəxsin əmək müqaviləsində 30 gün əsas məzuniyyət müəyyən etsə də, ƏMAS altsistemində 21 gün olaraq qeyd edib. Fərdi əmək mübahisələri ilə bağlı işəgötürənin şikayəti olarsa, DƏMX həmin uyğunsuzluğu müəyyən etdikdə, hansı sənəd əsas götürülür?  Əmək Məcəlləsinə əsasən, əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəddir. 
Maddədən göründüyü kimi, ƏMAS altsiteminə daxil edilməsi mütləq olan elektron əmək müqaviləsi bildirişidir. Yəni işəgötürən əmək müqaviləsində işçiyə 30 gün əmək məzuniyyəti nəzərdə tutduğunu sübut edə bilsə, dövlət qurumu tərəfindən inzibati cərimə tətbiq edilməyəcək. Çünki qanunvericilikdə əmək müqaviləsinin bağlanmasını təsdiq edən məlumatların bildiriş formasında ƏMAS altsisteminə daxil edilməsi nəzərdə tutulmayıb.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

1. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2024 (YENİ) - SATIŞI BİTİB

2. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu - ARTIQ SATIŞDA

3.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) - SATIŞI davam edir

4. A-dan Z-yə: Kargüzarlıq - Satışı davam edir

5. Əmək Qanuvericiliyi Toplusu 2023 - Satışı davam edir

6. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 - ARTIQ SATIŞDA

7. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  - 9 APREL TARİXİNDƏN SATIŞDA

8. Əmək Platforması - 2024 - 16 Aprel tarixindən SATIŞDA

9. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2024 - aprel ayından satışda

10. Əmək Bələdçisi - 2024 - May ayından satışda

11.  Vergi Platforması - 2024 - May ayından satışda satışda

12.  PMS Sertifikatı (I mərhələ) - I nəşr Test və tapşırıqlar toplusu - May 2024-cü il tarixdən satışda

13.  Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - Aprel 2024-cü il tarixdən satışda

0 Komment

    Şərh yazın

    Xəbərlər