YENİ DƏYİŞİKLİK: Əsas və əlavə iş yeri çalışan işçi üzrə xəstəlik vərəqəsinin əsli hansı iş yerində saxlanılmalıdır? (3-cü yazı)

YENİ DƏYİŞİKLİK: Əsas və əlavə iş yeri çalışan işçi üzrə xəstəlik vərəqəsinin əsli hansı iş yerində saxlanılmalıdır? (3-cü yazı)

Baş Nazirin qərarı ilə müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnaməyə ciddi dəyişikliklər həyata keçirilib

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun imzaladığı 14 mart 2024-cü il tarixli, 158 saylı qərarı ilə “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli Qərarına ciddi dəyişikliklər edilib.

Mks.az saytının ekspertləri həmin dəyişikliklərin izahları silsilə yazılarla həmkarlarımıza təqdim edir. Qeyd edək ki, mart ayının sonlarında dərc olunacaq “Əməyin uçotu: A-dan Z-yə” kitabında da əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə bağlı ayrıca bölmə hazırlanaraq həmkarlarımızın ixtiyarına veriləcək.

Üçüncü yazımızda xəstəlik kağızının hansı iş yerinə təqdim edilməsinə aydınlıq gətirəciyik. Həmkarlarıımızı maraqlandıran məsələlərdən biri də, əsas və əlavə iş yeri üzrə işləyən işçilər üzrə xəstəlik vərəqəsinin əslinin hansı iş yerinə təqdim olunmasıdır.  Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun imzaladığı 14 mart 2024-cü il tarixli, 158 saylı qərarı ilə Əsasnamənin 101-ci maddəsində dəyişiklik edilib. Dəyişikliyə qədər, Əsasnamənin 101-ci maddəsinə qeyd edilirdi ki, işçi əmək qabiliyyətini müvəqqəti itirmə vaxtı başa çatdıqdan sonra işə çıxdığı gün xəstəlik vərəqələrini müəssisənin müdiriyyətinə təqdim etməli idi. Yeni dəyişiklik nəticəsində işçinin əsas və əlavə iş yerləri olduğu hallar tənzimlənir. Əsasnamənin 101-ci maddəsinin yeni redaksiyada təsdiqinə əsasən, işçi əmək qabiliyyətini müvəqqəti itirmə vaxtı başa çatdıqdan sonra işə çıxdığı gün xəstəlik vərəqələrini əsas iş yeri üzrə müəssisənin müdiriyyətinə,  əlavə iş yeri (yerləri) olduğu halda isə əsas iş yeri tərəfindən xəstəlik vərəqələrinin təsdiqlənmiş surətini əlavə iş yerinin (yerlərinin) müdiriyyətinə təqdim edir.

Misal. Həm əsas həm də əlavə iş yerində çalışan işçi 19 aprel 2024-cü il tarixdə əmək qabiliyyətini müvəqqəti itirir. İşçi 06 may 2024-cü il tarixdə işə çıxdıqda, xəstəlik vərəqəsinin ilk növbədə əsas iş yerinə təqdim edir. İşçi əsas iş yeri tərəfindən xəstəlik vərəqələrinin təsdiqlənmiş surətini əlavə iş yerinin (yerlərinin) müdiriyyətinə təqdim etməlidir. Əsasnamədə əsas iş yeri üzrə xəstəlik vərəqəsinin təsdiqinin hansı formada aparılması qeyd olunması da, fikrimizcə vergi ödəyicisinin möhürü (hüquqi şəxs olduqda) və rəhbər şəxslərin imzalanması təsdiq edilməsi məqdəsəuyğundur.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

1. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2024 (YENİ) - ARTIQ SATIŞDA

5. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu - ARTIQ SATIŞDA

2.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) - SATIŞI davam edir

3. A-dan Z-yə: Kargüzarlıq - Satışı davam edir

4. Əmək Qanuvericiliyi Toplusu 2023 - Satışı davam edir

5. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 - ARTIQ SATIŞDA

7. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2024 - Mart ayından satışda

8. Əmək Bələdçisi - 2024 - May ayından satışda

9. Əmək Platforması - 2024 - Aprel ayından satışda

10.  Vergi Platforması - 2024 - May ayından satışda satışda

11. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  - Mart ayından satışda

12.  PMS Sertifikatı (I mərhələ) - I nəşr Test və tapşırıqlar toplusu - May 2024-cü il tarixdən satışda

13.  Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - Aprel 2024-cü il tarixdən satışda

0 Komment

    Şərh yazın

    Xəbərlər