ƏMAS-da YENİLİK: İşəgötürənlər tərəfindən 18 mart 2024-cü il tarixindən bu halda işçini işə qəbul etməsinə MƏHDUDİYYƏT tətbiq ediləcək

ƏMAS-da YENİLİK: İşəgötürənlər tərəfindən 18 mart 2024-cü il tarixindən bu halda işçini işə qəbul etməsinə MƏHDUDİYYƏT tətbiq ediləcək

ƏMAS altsistemində işəgötürənlər üçün yeni xəbərdarlıq bildirişi yerləşdirilib. Həmin bildirişdə qeyd edilir ki, işəgötürənlər tərəfindən 18 mart 2024-cü il tarixindən əmək müqaviləsi bağlanan zaman boş iş yeri Əmək və Məşğulluq Alt sisteminin vakansiya bankında yer almazsa həmin iş yeri üzrə əmək müqaviləsi bildirişi bağlamaq texniki baxımdan mümkün olmayacaqdır. Yəni işəgötürən mütləq olaraq boş yeri ilə əlaqədar olaraq məlumatı vakansiya bankına göndərməlidir. Əks halda işə qəbul edilən şəxslə əmək müqaviləsi bildirişi imzalanmasını həyata keçirə bilməyəcək. Dövlət qurumu texniki olaraq həmin işçi üzrə əmək müqaviləsi bildirişi bağlanmasına məhdudiyyət tətbiq edəcək.

ƏMAS altsistemində qeyd edilən bildirişləri həmkarlarımızın diqqətinə çatdırırıq:

"İşəgötürənlərin nəzərinə!

18 mart 2024-cü il tarixindən əmək müqaviləsi bağlanan zaman boş iş yeri Əmək və Məşğulluq Alt sisteminin vakansiya bankında yer almazsa həmin iş yeri üzrə əmək müqaviləsi bildirişi bağlamaq texniki baxımdan mümkün olmayacaqdır.

Qeyd: Məlumat üçün bildiririk ki, Məşğulluq haqqında Azərbaycan Respublikası qanunun 18.3-cü maddəsinə əsasən İşəgötürənlər yeni iş yeri yarandığı və ya iş yeri boşaldığı gündən ən geci 5 (beş) iş günü müddətində əməkhaqqı göstərilməklə bu barədə məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada və formada elektron informasiya sisteminə daxil etməlidirlər."

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

1. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2024 (YENİ) - ARTIQ SATIŞDA

5. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu - ARTIQ SATIŞDA

2.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) - SATIŞI davam edir

3. A-dan Z-yə: Kargüzarlıq - Satışı davam edir

4. Əmək Qanuvericiliyi Toplusu 2023 - Satışı davam edir

5. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 - ARTIQ SATIŞDA

7. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2024 - Mart ayından satışda

8. Əmək Bələdçisi - 2024 - May ayından satışda

9. Əmək Platforması - 2024 - Aprel ayından satışda

10.  Vergi Platforması - 2024 - May ayından satışda satışda

11. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  - Mart ayından satışda

12.  PMS Sertifikatı (I mərhələ) - I nəşr Test və tapşırıqlar toplusu - May 2024-cü il tarixdən satışda

13.  Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - Aprel 2024-cü il tarixdən satışda

0 Komment

    Şərh yazın

    Xəbərlər