Əvəzçilik üzrə əmək müqaviləsinin tələbləri necə tənzimlənir? (4 VACİB MƏQAM)

Əvəzçilik üzrə əmək müqaviləsinin tələbləri necə tənzimlənir? (4 VACİB MƏQAM)

11 mart 2024-cü il tarixdən satışda olacaq "Əməyin uçotu: A-dan Z-yə" (IV nəşr) kitabından seçmə

Son dövrlər ən çox müzakirəyə səbəb olan məsələlərdən bir də Əmək Məcəlləsinin 58-ci, “Əvəzçilik üzrə əmək müqaviləsinin bağlanması və tənzimlənməsi” maddəsidir. Hazırda bir işçinin bir neçə işəgötürənlə əmək müqaviləsi imzalamasına təcrübədə tez-tez rast gəlinir.
Məcəllənin 58-ci maddəsinin birinci hissəsinə əsasən, əmək müqaviləsinin şərtləri imkan verdiyi hallarda işçi əsas iş yeri üzrə müəyyən olunmuş iş vaxtından sonra həm əsas iş yerində, həm də əvəzçilik qaydasında əmək müqaviləsi bağlayaraq başqa iş yerlərində də əmək fəaliyyəti ilə məşğul ola bilər. 
Maddədə diqqət yetiriləsi dörd vacib məqamı nəzərdən keçirək.
Birinci məqam. Əmək müqaviləsinin şərtləri imkan verdiyi hallarda işçi başqa işəgötürənlərlə əvəzçilik qaydasında əmək müqaviləsi bağlaya bilər. 
Mİsal. İşəgötürən işçi ilə əmək müqaviləsi imzaladığı zaman əmək müqaviləsinə belə bir şərt daxil edir ki, işçi iş vaxtı ərzində əvəzçilik üzrə çalışa bilməz. 
İkinci məqam. İşçinin əsas iş yeri üzrə müəyyən olunmuş iş vaxtından sonra çalışması halında işəgötürəndən icazə almasına ehtiyac yoxdur.
Mİsal. İşçi işəgötürənlə bağlanan əmək müqaviləsinə əsasən, mühasib vəzifəsində çalışır. Həmçinin, əlavə iş yeri olaraq başqa işəgötürəndə də mühasib kimi fəaliyyət göstərir. İşçinin əsas iş yerində iş vaxtı 09:00-dan 18:00-a kimidir. Digər işəgötürəndə isə iş vaxtı 18:00-dan 20:00-ə kimidir.  Bu halda işçinin əsas iş yerindən razılıq alması tələb olunmur.
Üçüncü məqam. İşçi əsas iş yerində də əvəzçilik qaydasında əmək müqaviləsi bağlayaraq işləyə bilər.
Mİsal 1. İşçi əsas iş yerində kassir vəzifəsində işləyir, eyni zamanda, əvəzçilik müqaviləsi ilə iş vaxtından sonra 4 saat mühafizəçi vəzifəsində çalışır. Əmək qanunvericiliyi işçinin əsas iş yerində əvəzçilik müqaviləsi üzrə çalışmasına məhdudiyyət qoymur.
Mİsal 2. İşçi baş mühasib olaraq çalışdığı iş yerində əvəzçilik üzrə əmək müqaviləsi bağlayaraq işdən sonra eyni əmək funksiyasını həyata keçərərsə, bu, artıq Əmək Məcəlləsinin 58-ci maddəsinin tələblərinə ziddir. Amma mümkündür ki, baş mühasib vəzifəsində çalışan işçi işdən sonra marketinq meneceri vəzifəsini həyata keçirsin, bu halda işçi ilə əvəzçilik üzrə əmək müqaviləsi bağlana bilər.
Dördüncü məqam. İşçi əvəzçilik qaydasında əmək müqaviləsi bağlayaraq bir neçə iş yerində çalışa bilər. Qeyd edək ki, Əmək Məcəlləsi təsdiq olunan dövrlərdə işçinin yalnız bir əlavə iş yeri olmasına icazə verilirdi. 24 fevral 2009-cu il tarixli, 771-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə iş yerlərinin sayı ilə bağlı məhdudiyyət aradan qaldırılıb.  

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

1. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2024 (YENİ) - ARTIQ SATIŞDA

5. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu - ARTIQ SATIŞDA

2.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) - SATIŞI davam edir

3. A-dan Z-yə: Kargüzarlıq - Satışı davam edir

4. Əmək Qanuvericiliyi Toplusu 2023 - Satışı davam edir

5. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 - ARTIQ SATIŞDA

7. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2024 - Fevraldan satışda

8. Əmək Bələdçisi - 2024 - Fevraldan satışda

9. Əmək Platforması - 2024 - Fevraldan satışda

10.  Vergi Platforması - 2024 - Fevraldan satışda

11. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  - Fevraldan satışda

12.  PMS Sertifikatı (I mərhələ) - I nəşr Test və tapşırıqlar toplusu - May 2024-cü il tarixdən satışda

13.  Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - Aprel 2024-cü il tarixdən satışda

0 Komment

    Şərh yazın

    Xəbərlər