Qismən ödənişli sosial məzuniyyətdə olan işçinin yeni övladı dünyaya gələrsə, öncəki müavinət saxlanılır?

Qismən ödənişli sosial məzuniyyətdə olan işçinin yeni övladı dünyaya gələrsə, öncəki müavinət saxlanılır?

11 mart 2024-cü il tarixdən satışda olacaq "Əməyin uçotu: A-dan Z-yə" (IV nəşr) kitabından seçmə

Qismən ödənişli sosial məzuniyyətdə olan işçi yenidən ana olduqda, ona hamiləliyə və doğuşa görə müavinətin hesablanması haqqında məlumat verdik. Maraqlıdır ki, işçi analıq məzuniyyətində olduğu dövrdə qismən ödənişli sosial məzuniyyəti də almalıdırmı?
Misal. İşçi 2 yaşlı uşağına görə qismən ödənişli sosial məzuniyyətdə olduğu üçün aylıq 28 manat ödəniş alır. İşçinin növbəti övladı dunyaya gələndən sonra işəgötürən növbəti aylar üçün 28 manatlıq qismən ödənişli sosial məzuniyyətin hesablanması ilə bağlı son haqq-hesab cədvəlini Dövlət Sosial Müdafiə Fonduna göndərməlidir?
“Sosial müavinətlər haqqında” AR Qanununun 4.0.1.7-si maddəsində 3 yaşınadək uşağa qulluğa görə müavinət  sosial müavinətin bir növü kimi qeyd edilib.  Həmin qanunun 5.1-ci maddəsinə əsasən, bu Qanunun 4.0.1.1-4.0.1.3-cü, 4.0.1.5-4.0.1.6-cı və 4.0.1.13-cü maddələrində nəzərdə tutulan aylıq müavinətlərdən bir neçəsini almaq hüququ olan şəxslər öz arzusuna əsasən bir növ aylıq müavinət seçə bilərlər. Həmçinin, Qanunun 5.1-1-ci maddəsində qeyd eduilir ki, bu Qanunun 4.0.1.1 – 4.0.1.3-cü və 4.0.1.5 – 4.0.1.6-cı maddələrində nəzərdə tutulan müavinətlərdən birini almaq hüququ olan şəxslərin bu Qanunun 4.0.1.14-cü maddəsində nəzərdə tutulan müavinəti almaq hüququ yarandıqda, həmin şəxslərə hər iki müavinət təyin edilir.  Qanunun 5.2-ci maddəsində qeyd edilir ki, bu Qanunun 4.0.1.4-cü və 4.0.1.5-ci maddələrində nəzərdə tutulan müavinətlərdən hər ikisini almaq hüququ olan uşaqlara hər iki növ aylıq müavinət təyin olunur.
Maddələrdən göründüyü kimi, “Sosial müavinətlər haqqında” qanunda işçinin 3 yaşınadək uşağa qulluğa görə müavinəti digərləri ilə birlikdə almaq və ya almamaq hüququ konkret olaraq təsbit edilməyib. Dövlət Sosial Müdafiə Fondu hesab edir ki, işçi Əmək Məcəlləsinə uyğun olaraq, eyni zamanda iki fərqli  məzuniyyətdə ola bilmədiyindən, müavinətin yalnız biri verilməlidir.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

1. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2024 (YENİ) - ARTIQ SATIŞDA

5. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu - ARTIQ SATIŞDA

2.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) - SATIŞI davam edir

3. A-dan Z-yə: Kargüzarlıq - Satışı davam edir

4. Əmək Qanuvericiliyi Toplusu 2023 - Satışı davam edir

5. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 - ARTIQ SATIŞDA

7. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2024 - Fevraldan satışda

8. Əmək Bələdçisi - 2024 - Fevraldan satışda

9. Əmək Platforması - 2024 - Fevraldan satışda

10.  Vergi Platforması - 2024 - Fevraldan satışda

11. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  - Fevraldan satışda

12.  PMS Sertifikatı (I mərhələ) - I nəşr Test və tapşırıqlar toplusu - May 2024-cü il tarixdən satışda

13.  Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - Aprel 2024-cü il tarixdən satışda

0 Komment

    Şərh yazın

    Xəbərlər