DSMF müavinət hesablanması zamanı hansı halda işəgötürəndən iş rejimi haqqında məlumat tələb edir?

DSMF müavinət hesablanması zamanı hansı halda işəgötürəndən iş rejimi haqqında məlumat tələb edir?

11 mart 2024-cü il tarixdən satışda olacaq "Əməyin uçotu: A-dan Z-yə" (IV nəşr) kitabından seçmə

Hazırda ölkəmizdə əsasən beşgünlük və altıgünlük iş rejimləri tətbiq edilsə də, bəzi iri müəssisələrdə növbəli iş rejimindən istifadə olunur. İşəgötürən beşgünlük və altıgünlük iş rejimlərindən fərqli iş rejimi tətbiq tətbiq edərsə, DSMF-ə təqdim edilən haqq-hesab cədvəlində iş vaxtı rejimi ilə bağlı “Digər” bölməsini seçməlidir.
Misal.  İşəgötürən iş vaxtının cəmlənmiş uçotu iş rejimində çalışan işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi haqqında məlumatı təqdim edib. İşəgötürən DSMF-in haqq-hesab cədvəlində “Digər” bölməsindən istifadə etdiyi üçün iş günləri haqqında məlumatları avtomatik yox, əllə daxil edir. O səbəbdən DSMF orqanı həmin işçinin hansı növbələrdə işləməsini təsdiq edən sənədləri işəğötürəndən tələb edir ki, işçi üzrə məlumatların düzgün doldurulduğuna əmin olsun.

0 Komment

    Şərh yazın

    Xəbərlər