Əmək müqaviləsinə xitam verərkən, maddəyə istinad necə tənzimlənir?

Əmək müqaviləsinə xitam verərkən, maddəyə istinad necə tənzimlənir?

11 mart 2024-cü il tarixdən satışda olacaq "Əməyin uçotu: A-dan Z-yə" (IV nəşr) kitabından seçmə

Əmək Məcəlləsinin 76-cı, “Əmək müqaviləsinin ləğv edilməsini məhdudlaşdıran şərtlər” maddəsinin birinci hissəsinə əsasən, işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər.
Misal. İşəgötürən işçinin ərizəsinə uyğun olaraq əmək müqaviləsinə xitam verir. Həmkarlarımızın bəziləri Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “a” bəndini və ya 69-cu maddəsinin birinci hissəsini əsas tutaraq əmək müqaviləsinə xitam verirlər. Bu halda əmək müqaviləsinə xitam verən zaman işəgötürənin qeyd olunan iki maddənin birindən istifadə etməsində pozuntu yoxdur. Amma işəgötürən xitamla bağlı sənədlərdə həm 68-ci, həm də 69-cu maddəni qeyd edərsə, Əmək Məcəlləsinin 76-ci maddəsinin ikinci hissəsinin tələblərini pozmuş hesab ediləcək.
76-cı maddənin ikinci hissəsində qeyd edilir ki, əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz.
Misal. Sərxoş vəziyyətdə işə gələn işçi əmək intizamını kobud surətdə pozub, intizam xətası törədib. Hesab edək ki, həmin işçinin müddətli əmək müqaviləsi hadisə baş verdikdən 10 gün sonra başa çatacaq. Bu halda işəgötürən işçinin əmək müqaviləsinə xitam verərkən, həm 70-ci maddənin “ç” bəndini, həm də 73-cü maddəni qeyd edə bilməz. İşçinin əmək müqaviləsinə yalnız bir maddə ilə xitam verməlidir.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

1. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2024 (YENİ) - ARTIQ SATIŞDA

5. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu - ARTIQ SATIŞDA

2.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) - SATIŞI davam edir

3. A-dan Z-yə: Kargüzarlıq - Satışı davam edir

4. Əmək Qanuvericiliyi Toplusu 2023 - Satışı davam edir

5. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 - ARTIQ SATIŞDA

7. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2024 - Fevraldan satışda

8. Əmək Bələdçisi - 2024 - Fevraldan satışda

9. Əmək Platforması - 2024 - Fevraldan satışda

10.  Vergi Platforması - 2024 - Fevraldan satışda

11. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  - Fevraldan satışda

12.  PMS Sertifikatı (I mərhələ) - I nəşr Test və tapşırıqlar toplusu - May 2024-cü il tarixdən satışda

13.  Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - Aprel 2024-cü il tarixdən satışda

0 Komment

    Şərh yazın

    Xəbərlər