Əmək qabiliyyətinin itirilməsi halında müavinətlə bağlı müddət məsələsi  necə tənzimlənir? (5 hal üzrə izah)

Əmək qabiliyyətinin itirilməsi halında müavinətlə bağlı müddət məsələsi  necə tənzimlənir? (5 hal üzrə izah)

11 mart 2024-cü il tarixdən satışda olacaq "Əməyin uçotu: A-dan Z-yə" (IV nəşr) kitabından seçmə

İndi isə əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə bağlı hesablamalar haqqında məlumat verək. Əsasnaməyə əsasən, əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ilk 14 təqvim günü üçün müavinət sığortaedənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir. Müddət məsələsini misallarla izah edək.
MİsaL 1. İşçi 1 fevral 2024-cu il tarixdən 28 fevral 2024-ci il tarixə kimi əmək qabiliyyətini müvəqqəti itirib. Bu zaman ilk 14 gün üçün  yəni 1-14 fevral 2024-ci il tarixlərə düşəcək iş günlərinə görə müavinətin ödənilməsi işəgötürən tərəfindən həyata keçiriləcək. İşçinin 15-28 fevral 2024-ci il tarixlərinə düşən iş günlərinə görə müavinət isə DSMF tərəfindən ödəniləcək.
MİsaL 2. İşçi 10 fevral 2024-ci il tarixindən 20 fevral 2024-ci il tarixinə kimi əmək qabiliyyətini müvəqqəti itirib. Bu halda işçiyə əmək qabiliyyətini müvəqqəti itirməsinə görə müavinətin ödənişini işəgötürən həyata keçirəcək. Çünki işçinin əmək qabiliyyətini itirdiyi müddət 14 gündən azdır.
MİsaL 3.  İşçi 10 yanvar 2024-cu il tarixindən 3 fevral 2024-ci ilə qədər əmək qabiliyyətini itirir. 4 fevral 2024-ci il tarixdə işə başlasa da, 6 fevral 2024-ci il tarixdə yenidən əmək qabiliyyətini 20 günlük itirməsi haqqında sənəd təqdim edir. Bu zaman xəstəlik vərəqəsində fasilə olduğu üçün, birinci və ikinci xəstəlik vərəqəsinə görə ilk 14 günə düşən iş günlərinə görə müavinət işəgötürən tərəfindən ödənilir.
MİsaL 4. İşçi 1 mart 2024-ci il tarixdə əvvəlcə əmək qabiliyyətini 20 günlük itirməsi haqqında sənəd təqdim etsə də, sonra əmək qabiliyyətinin təkrar itirməsi haqqında sənəd gətirir. Bu halda əmək qabiliyyətinin müvəqqəti itirilməsi xəstəlik vərəqələrinə görə fasiləsiz olaraq ardıcıl davam etdiyi üçün, əmək qabiliyyətinin müvəqqəti itirilməsinin yalnız ilk 14 təqvim günü üçün müavinət sığortaedənin vəsaiti hesabına ödənilir. Qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları DSMF  hesabına ödənilir.
MİsaL 5. İşçi 12 fevral 2024-ci il tarixdə əmək qabiliyyətinin 10 günlük itirməsi haqqında sənəd təqdim edib.  İşçi təqdim etdiyi xəstəlik vərəqəsinə əsasən 10 günlük müddət 21 fevral 2024-cü il tarixdə bitdikdən sonra 22 fevral 2024-cü il tarixdən 20 günlük əmək qabiliyyətini müvəqqət itirilməsi ilə bağlı sənədi təqdim edir. Bu zaman işəgötürən hər iki halda 14 günə təsadüf edən günlər üzrə ödənişi həyata keçirəcək. 

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

1. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2024 (YENİ) - ARTIQ SATIŞDA

5. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu - ARTIQ SATIŞDA

2.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) - SATIŞI davam edir

3. A-dan Z-yə: Kargüzarlıq - Satışı davam edir

4. Əmək Qanuvericiliyi Toplusu 2023 - Satışı davam edir

5. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 - ARTIQ SATIŞDA

7. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2024 - Fevraldan satışda

8. Əmək Bələdçisi - 2024 - Fevraldan satışda

9. Əmək Platforması - 2024 - Fevraldan satışda

10.  Vergi Platforması - 2024 - Fevraldan satışda

11. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  - Fevraldan satışda

12.  PMS Sertifikatı (I mərhələ) - I nəşr Test və tapşırıqlar toplusu - May 2024-cü il tarixdən satışda

13.  Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - Aprel 2024-cü il tarixdən satışda

0 Komment

    Şərh yazın

    Xəbərlər