ƏMAS alstistemində elektron əmək məzuniyyəti əmri ilə bağlı ƏLA YENİLİK

ƏMAS alstistemində elektron əmək məzuniyyəti əmri ilə bağlı ƏLA YENİLİK

Yalnız beşgünlük yox, bütün iş rejimləri üzrə məzuniyyət əmri hazırlamaq mümkün olacaq

Xəbər verdiyimiz kimi, noyabr ayından etibarən ƏMAS altsistemində məzuniyyət əmrlərin hazırlanması üçün xüsusi bölmə işəgötürənlərin ixtiyarına verilib. MKS Academy olaraq 18 noyabr 2023-cü il tarixdə keçirdiyimiz tematik təlimdə müzakirəni nəticəsi olaraq yaranan təklifləri rəsmi məktubla  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin şöbə müdirinin müavini Aynurə xanım Tağıyevaya göndərmişik. 

Sevincdirici haldır ki, HR həmkarlarımızla hazırlanan bəzi təkliflər nəticəsində düzəlişlər edilib və ya texniki səhvlər aradan qaldırılıb. Misal üçün, məzuniyyət günlərinə təsadüf edən bayram, ümumxalq hüzn günü və seçkinin nəzərə alınması, əmrə istinad maddənin nəzərə alınması və s. göstərmək olar.

Son dövrlərdə edilən YENİ dəyişikliklə bağlı həmkarlarımızı məlumatlandırmaq istərdik. Tematik təlimdə qeyd edildiyi kimi, məzuniyyət günlərinin avtomatik hesablanması səbəbindən məzuniyyət əmrinin yalnız beşgünlük iş rejimi üzrə hazırlamaq mümkün olurdu. ƏMAS altsistemində daxil edilən yeni funksiya sayəsində altıgünlük və digər rejimlərdə çalışanlar da artıq elektron məzuniyyət əmrindən istifadə edə biləcəklər.

Məzuniyyət günləri ilə bağlı ƏMAS altssistemində əllə daxil edilməsi üçün xüsusi pəncərə yaradılıb. Həmin pəncərəni aktiv etməklə məzuniyyət günlərinin bitmə və işçinin işə başlama tarixlərini də əllə qeyd etmək mümkün olacaq:

Misal. Altıgünlük iş rejimində çalışan işçi 23 yanvar 2024-cü il tarixə 4 günlük əmək məzuniyyətindən istifadə edir.  Əllə daxil etməklə bağlı düyməni sıxmadıqda məzuniyyət bitmə tarixi 29 yanvar 2024-cü il tarixi kimi qeyd edilir:

Amma altıgülük iş rejimində işçinin işə başlanma tarixi 29 yanvar 2024-cü il yox, 27 yanvar 2024-cü olmalıdır. O səbəbdən də, əllə daxil edilməsi üçün müvafiq düyməni aktiv etdikdən sonra, məzuniyyətin qutarma və işçinin işə başlanma tarixini qeyd etmək mümkündür:

Şəkildən göründüyü kimi,  əllə daxil edildiyi üçün beşgünlük iş rejimindən fərqli olaraq işçinin işə başlanma tarixi 27 yanvar 2024-cü il qeyd etmək mümkün oldu.

Məlumat üçün bildirək ki, MKS Academy tərəfindən ilin ilk HR təlimi 03 fevral 2024-cü il tarixdə "Əmək müqaviləsi: A-dan Z-yə" mövzusunda olacaq. Təlimdə əmək müqaviləsi ilə bağlı həm kağız həm də ƏMAS üzərindən həyata keçirilən proseslərlə bağlı təqdimat təqdim olunacaq, həmçinin əmək müqaviləsinin imzalanması, dəyişiklik edilməsi və xitam edilməsi ilə bağlı mürəkkəb sualların cavablandırılması həyata keçiriləcək. Təlim həm əyani həm də ZOOM üzərindən canlı keçirilir.
Ətraflı məlumat əlaqə vasitələri: 050 368 12 72 və ya [email protected]

May be an image of 7 people and text
 

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

1. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2024 (YENİ) - artıq satışda

2.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr)

3. A-dan Z-yə: Kargüzarlıq

4. Əmək Qanuvericiliyi Toplusu 2023

5. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu - 22 yanvar 2024-cü il tarixdən satışda

6. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 - 25 yanvar 2024-cü il tarixdən satışda

7. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2024 - 1 fevral 2024-cü il tarixdən satışda

8. Əmək Bələdçisi - 2024 - 25 yanvar 2024-cü il tarixdən satışda

9. Əmək Platforması - 2024 - 1 fevral 2024-cü il tarixdən satışda

10.  Vergi Platforması - 2024 - 1 fevral 2024-cü il tarixdən satışda

11. Əməyin uçotu: A-dan Z-yə (IVnəşr)  1 fevral 2024-cü il tarixdən satışda

12.  PMS Sertifikatı (I mərhələ) - I nəşr Test və tapşırıqlar toplusu - 1 mart 2024-cü il tarixdən satışda

13.  Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - 1 aprel 2024-cü il tarixdən satışda

0 Komment

    Şərh yazın

    Xəbərlər