Əmək Məcəlləsində gecə vaxtı yerinə yetirilən işlər və ezamiyyətlə bağlı hansı YENİ Dəyişikliklər həyata keçirildi?  (2 VACİB MƏQAM)

Əmək Məcəlləsində gecə vaxtı yerinə yetirilən işlər və ezamiyyətlə bağlı hansı YENİ Dəyişikliklər həyata keçirildi?  (2 VACİB MƏQAM)

Azərbaycan Respublikasının Prezidentinin 15 yanvar 2024-cü il tarixdə imzaladığı “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu”na əsasən Əmək Məcəlləsində bəzi dəyişikliklər həyata keçirilib. Əmək Məcəlləsində edilən yeni dəyişikliklərlə bağlı iki vacib məqamı həmkarlarımızın diqqətinə çatdırırıq.

Birinci məqam ondan ibarətdir ki, gecə vaxtı yerinə yetirilən işlərə işçilərin cəlb edilməsində bəzi məhdudiyyətlər aradan qaldırılıb. Dəyişiklikliyə qədər Əmək Məcəlləsinin 98-ci maddəsinin birinci hissəsinə əsasən, gecə vaxtı görülən işlərə hamilə və üç yaşınadək uşağı olan qadınların, yaşı on səkkizdən az olan işçilərin cəlb edilməsinə heç bir halda icazə verilmirdi. Son dəyişiklikdən sonra gecə vaxtı yerinə yetirilən işlərə yalnız yaşı on səkkizdən az olan işçilərin cəlb edilməsinə yol verilməyəcək. Əmək Məcəlləsinin 98-ci maddəsinə əlavə edilən 3-cü hissəyə əsasən,  hamilə, 14 yaşınadək uşağı olan, həmçinin 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağı olan qadınlar (bu Məcəllənin 242-ci maddəsi nəzərə alınmaqla), üç yaşınadək uşağını təkbaşına böyüdən kişilər gecə vaxtı yerinə yetirilən işlərə yalnız onların yazılı razılığı ilə cəlb edilə bilərlər.  

Dəyişiklikdən göründüyü kimi, hətta hamilə qadılnlar da gecə vaxtı yerinə yetirilən işlərə cəlb edilə bilər. Təbii ki, bunun üçün həmin işçilərin yazılı razılığının olması mütləqdir. Amma bəzi qadın işçilər üzrə əlavə sənəd tələb edilir ki, bu haqda növbəti məqam zamanı açıqlama veriləcək.

İkinci məqama gəlincə isə, qadınların gecə vaxtı yerinə yetirilən işlərə, iş vaxtından artıq işlərə və istirahət günlərində işə cəlb olunmasının, habelə ezamiyyətlərinin məhdudlaşdırılması ilə bağlıdır.  Əmək Məcəlləsinin 242-ci maddəsinin yeni redaksiyasında qeyd edilir ki,  hamilə, 14 yaşınadək uşağı olan, həmçinin 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağı olan qadınların gecə vaxtı yerinə yetirilən işlərə, iş vaxtından artıq işlərə, istirahət, iş günü hesab edilməyən bayram və digər günlərdə işə cəlb edilməsinə və ezamiyyətə göndərilməsinə yalnız onların yazılı razılığı ilə (hamilə və 3 yaşınadək uşağı olan qadınlara münasibətdə onların, habelə uşağın həyat və ya sağlamlığına təhlükə yaranmaması barədə həkim rəyi olduqda) yol verilir.

Maddədən göründüyü kimi, bütün hallarda hamilə, 14 yaşınadək uşağı olan, həmçinin 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağı olan qadınların gecə vaxtı yerinə yetirilən işlərə, iş vaxtından artıq işlərə, istirahət, iş günü hesab edilməyən bayram və digər günlərdə işə cəlb edilməsinə və ezamiyyətə göndərilməsinə yalnız onların yazılı razılığı əsasında icazə verilir.

Nəzərə almaq lazımdır ki, işəğötürən tərəfindən hamilə və 3 yaşınadək uşağı olan qadınları gecə vaxtı yerinə yetirilən işlərə, iş vaxtından artıq işlərə, istirahət, iş günü hesab edilməyən bayram və digər günlərdə işə cəlb edilməsinə və ezamiyyətə göndərilməsi zamanı həmin şəxslərin yazılı razılığı ilə yanaşı digər sənəd təqdim edilməlidir. Maddənin tələbinə əsasən, həmin kateqoriyaya aid  şəxslərin, habelə uşağın həyat və ya sağlamlığına təhlükə yaranmaması barədə həkim rəyi də işəgötürənə təqdim edilməlidir.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

1. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2024 (YENİ) - artıq satışda

2.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr)

3. A-dan Z-yə: Kargüzarlıq

4. Əmək Qanuvericiliyi Toplusu 2023

5. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu - 22 yanvar 2024-cü il tarixdən satışda

6. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 - 25 yanvar 2024-cü il tarixdən satışda

7. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2024 - 1 fevral 2024-cü il tarixdən satışda

8. Əmək Bələdçisi - 2024 - 25 yanvar 2024-cü il tarixdən satışda

9. Əmək Platforması - 2024 - 1 fevral 2024-cü il tarixdən satışda

10.  Vergi Platforması - 2024 - 1 fevral 2024-cü il tarixdən satışda

11. Əməyin uçotu: A-dan Z-yə (IVnəşr)  1 fevral 2024-cü il tarixdən satışda

12.  PMS Sertifikatı (I mərhələ) - I nəşr Test və tapşırıqlar toplusu - 1 mart 2024-cü il tarixdən satışda

13.  Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - 1 aprel 2024-cü il tarixdən satışda

0 Komment

    Şərh yazın

    Xəbərlər