HR həmkarlarımızının ümümxalq hüzn günü ilə bağlı 2 sualını cavabı
- 20 yanvar 2024-cü tarixinə təsadüf edən məziniyyət günləri uzadılmalıdır?
- 20 yanvar 2024-cü il tarixi şənbə gününə təsadüf etdiyi üçün, növbəti həftənin bazarertəsi qeyri-iş günü hesab edilməlidir?
Əmək Məcəlləsinin 106-cı maddəsinə əsasən, hər il yanvarın 20-si — Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsini yad etmə günü — ümumxalq hüzn olduğu üçün iş günü hesab edilmir.
Son dövrlər həmkarlarımızdan şənbə gününə təsadüf edəcək ümumxalq hüzn günü ilə bağlı iki sual daxil olur.
Birinci sual ondan ibarətdir ki, 20 yanvar 2024-cü il tarixi şənbə gününə təsadüf etdiyi üçün bazarertesi qeyri-iş günü olacaq? Suala cavab vermək üçün Əmək Məcəlləsinin Əmək Məcəlləsinin 105-ci maddəsini tələblərinə diqqət yetirək. Əmək Məcəlləsinin 105-ci maddənin 5-ci hissəsinə əsasən, həftələrarası istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bilavasitə bayram günündən sonrakı iş gününə keçirilir. Maddədən göründüyü kimi, yalnız istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşdüyü halda, növbəti iş gününə keçirilmə olur. 20 yanvar tarixi ümumxalq hüzn günü hesab edildiyi üçün, bazarertəsi də normal iş günü olacaq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təsdiq edilən 2024-cü istehsalat təqvimində də 22 yanvar 2024-cü il tarixi olan bazarertəsi normal iş günü olaraq qeyd edilib.
İkinci sual isə məzuniyyət günlərinin 20 yanvar 2024-cü il tarixinə təsadüf etdiyi halda məzuniyyət günlərinin uzadılması ilə bağlıdır. Əmək Məcəlləsinin 114-cü maddəsinin altıncı hissəsində qeyd edilir ki, əmək məzuniyyəti dövrünə təsadüf edən iş günü hesab olunmayan bayram günləri məzuniyyətin təqvim günlərinə daxil edilmir və ödənilmir. Amma Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Həmkarlar İttifaqı Konfederasiyası ilə birlikdə hazırladığı izahatda qeyd edilir ki, əmək məzuniyyətin müddəti ümumxalq hüzn gününə təsadüf etdikdə uzadılma olmalıdır: “Beynəlxalq Əmək Təşkilatının “Ödənişli məzuniyyətlər haqqında” 132 saylı Konvensiyanın 6-cı maddəsinin və Əmək Məcəlləsinin 5-ci, 6-cı hissələrinin və 114-cü maddəsinin 5-ci hissəsinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasında bayram günləri və ümumxalq hüzn günləri əmək məzuniyyəti dövrünə düşdükdə (istirahət günlərinə düşüb-düşməsindən asılı olmayaraq) əmək məzuniyyətinin müddəti bu günlərin sayı qədər ödənilmədən uzadılır”.
İzahatdan göründüyü kimi, ümumxalq hüzn gününə təsadüf edən məzuniyyət günlərinin uzadılması ilə bağlı Beynəlxalq Əmək Təşkilatının “Ödənişli məzuniyyətlər haqqında” 132 saylı Konvensiyanın 6-cı maddəsinə istinad edilib. Bildiyimiz kimi, Beynəlxalq Əmək Təşkilatının Konvensiyası üzrə tələbləri Əmək Məcəlləsindən üstün hesab edilir. O səbəbdən də, iki dövlət qurumunun təsdiq etdiyi izahatın Ədliyyə Nazirliyində qeydiyyata alınmaması halına baxmayaraq, ümumxalq hüzn gününə təsadüf edən məzuniyyət günlərinin uzadılmalıdır. Qeyd edək ki, Əmək Məcəlləsində təklif edilən dəyişikliklər paketində yaranan boşluğun aradan qaldırılması üçün Əmək Məcəlləsinin 114-cü maddəsinə ümümxalq hüzn günü bağlı ifadənin əlavə edilməsi nəzərdə tutulub.
Sonda həmkarlarımız üçün izahatın təsdiqlənmiş variantını da təqdim edirik.
Satışda olan YENİ nəşrlərimiz:
Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]
1. PMS Sertifikatı (II mərhələ) - II nəşr Test və tapşırıqlar toplusu - 2023-cü ilin sentyabr ayında dərc olunub (satışı bitib)
2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (III nəşr) -2023 (satışı bitib)
3. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2023 (satışı bitib)
4. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023
5. Əmək Qanunvericiliyi Toplusu 2023
6. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) 2023 (satışı bitib)
7. A-dan Z-yə: Kargüzarlıq (V nəşr) 2023
8. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 2023 (satışı bitib)
9. Mühasibat uçotu 2022
10. ƏMAS platforması A-dan - Z-yə 2022 (satışı bitib)
0 Komment
Şərh yazın