Məzuniyyətinin bitmə tarixi 29 dekabr 2023-cü ilə təsadüf edən işçi ilə bağlı hansı proseslər həyata keçirilməlidir? (6-cı yazı)

Məzuniyyətinin bitmə tarixi 29 dekabr 2023-cü ilə təsadüf edən işçi ilə bağlı hansı proseslər həyata keçirilməlidir? (6-cı yazı)

“MKS Academy”nin 23 dekabr 2023-cü il tarixdə həyata keçirdiyi ilin son HR təlimində müzakirə olunan məsələ

Nazirlər Kabinetinin 09 dekabr 2023-cü il, 447 saylı qərarı ilə “İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında” qərarına əsasən, beşgünlük iş həftəsi ilə fəaliyyət göstərən işəgötürənlər üçün cari həftə son iş günü 30 dekabr, bayramdan sonra ilk iş günü isə 7 yanvar tarixidir. Maraqlıdır ki, işçinin məzuniyyəti 29 dekabr 2023-cü il tarixdə bitərsə, o, 30 dekabr 2023-cü il tarixdə mütləq işə çıxmalıdır?

“MKS Academy” tərəfindən 23 dekabr 2023-cü il tarixdə keçirilən tematik təlim zamanı təlimçilər qərardan öncə məzuniyyətə göndərilən işçi ilə bağlı maraqlı məqama toxunublar: “Təcrübədə rast gəlinən hallardan biri də Nazirlər Kabinetinin müvafiq qərarından öncə məzuniyyətə göndərilən işçilərlə bağlıdır. Misal üçün, işəgötürənin əmrinə əsasən, əmək məzuniyyətinə göndərilən işçinin məzuniyyətinin bitmə və işə başlanma tarixləri müvafiq olaraq 29 dekabr 2023-cü il və 4 yanvar 2024-cü il kimi qeyd edilib. Amma Nazirlər Kabinetinin müvafiq qərarından sonra işçinin işə başlanma tarixi 30 dekabr 2023-cü il tarixi olacaq. İşçinin 30 dekabr 2023-cü il tarixdə işə çıxmaq imkanı olmazsa, proses necə tənzimlənir? Əgər işçi işə çıxarsa, ona 30 dekabr 2023-cü il üzrə əmək haqqı hesablanacaq. İşçi 30 dekabr 2023-cü il tarixdə işə çıxmazsa, işəgötürən ona həmin gün üzrə əmək haqqı hesablamayacaq. Amma işəgötürən işçinin 30 dekabr 2023-cü il tarixdə işə çıxmamasına görə, ona Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndi üzrə özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi halı üzrə əmək müqaviləsinə xitam halını tətbiq edə bilməz”.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

1. PMS Sertifikatı (II mərhələ) - II nəşr Test və tapşırıqlar toplusu - 2023-cü ilin sentyabr ayında dərc olunub (satışı bitib)

2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (III nəşr) -2023  (satışı bitib)

3. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2023 (satışı bitib)

4. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023

5. Əmək Qanunvericiliyi Toplusu 2023

6. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) 2023 (satışı bitib)

7. A-dan Z-yə: Kargüzarlıq (V nəşr) 2023 

8. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 2023 (satışı bitib)

9. Mühasibat uçotu 2022

10. ƏMAS platforması A-dan - Z-yə 2022  (satışı bitib)

0 Komment

    Şərh yazın

    Xəbərlər