İş günlərinin dəyişməsi nəticəsində işçinin dekabr ayında iş vaxtının artması əmək haqqı artımına səbəb olacaq?  (5-ci yazı)

İş günlərinin dəyişməsi nəticəsində işçinin dekabr ayında iş vaxtının artması əmək haqqı artımına səbəb olacaq?  (5-ci yazı)

“MKS Academy”nin 23 dekabr 2023-cü il tarixdə həyata keçirdiyi ilin son HR təlimində müzakirə olunan məsələ

Nazirlər Kabinetinin 09 dekabr 2023-cü il, 447 saylı qərarı ilə “İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında” qərarına əsasən, beşgünlük iş həftəsi ilə fəaliyyət göstərən işəgötürənlər üçün cari həftə son iş günü 30 dekabr, bayramdan sonra ilk iş günü isə 7 yanvar tarixidir. Maraqlıdır ki, qərarın təsirindən sonra işçinin iş saatlarının artması onun əmək haqqısına necə təsir edəcək?

“MKS Academy” tərəfindən 23 dekabr 2023-cü il tarixdə keçirilən tematik təlim zamanı təlimçilər dekabr ayı ərzində iş vaxtının artmasının işçinin əmək haqqının artmasına təsiri məsələsinə aydınlıq gətiriblər: “2023-cü ilin istehsalat təqvimində dekabr ayı və 2023-cü il üzrə müvafiq olaraq 168 saat və 1913 saat nəzərdə tutulub. Nazirlər Kabinetinin qərarına əsasən, 30 dekabr 2023-cü il tarixi iş günü hesab edildiyi üçün iş saatlarında artım baş verib. Əmək Məcəlləsinin 105-ci maddəsinə əsasən, bayram və həftələrarası istirahət günləri biri digərindən əvvəl və ya sonra gələrsə, iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədilə Nazirlər Kabinetinin qərarı ilə bu iş və ya istirahət günlərinin yeri dəyişdirilə bilər. Dekabr ayı üzrə iş vaxtlarının dəyişməsinin səbəbi Nazirlər Kabinetinin qərarı nəticəsində olduğu üçün aylıq əmək haqqı əsasında çalışan işçilər üçün hər hansı əmək haqqı artımı olmayacaq. Cünki həmin işçilər dekabr ayında çox işlədiyi halda, müvafiq olaraq 2024-cü ilin yanvar ayında daha az işləməli olacaqlar. İş vaxtının cəmlənmiş uçotunda qeydiyyat dövrü üzrə nəzərdə tutulan iş vaxtından çox işləyən şəxslər üçün isə, yaranmış əlavə iş saatları üçün birqat olmaqla ödəniş həyata keçirilməlidir”.

Növbəti yazımızda əmək məzuniyyəti 29 dekabr 2023-cü ildə bitən işçi ilə bağlı məlumat verəcəyik.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

1. PMS Sertifikatı (II mərhələ) - II nəşr Test və tapşırıqlar toplusu - 2023-cü ilin sentyabr ayında dərc olunub (satışı bitib)

2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (III nəşr) -2023  (satışı bitib)

3. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2023 (satışı bitib)

4. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023

5. Əmək Qanunvericiliyi Toplusu 2023

6. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) 2023 (satışı bitib)

7. A-dan Z-yə: Kargüzarlıq (V nəşr) 2023 

8. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 2023 (satışı bitib)

9. Mühasibat uçotu 2022

10. ƏMAS platforması A-dan - Z-yə 2022  (satışı bitib)

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər