30 dekabr 2023-cü il tarixində qısadılmış iş vaxtı tətbiq olunmalıdır? (2-ci yazı)

30 dekabr 2023-cü il tarixində qısadılmış iş vaxtı tətbiq olunmalıdır? (2-ci yazı)

“MKS Academy”nin 23 dekabr 2023-cü il tarixdə həyata keçirdiyi ilin son HR təlimində müzakirə olunan məsələ

Nazirlər Kabinetinin “İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında” qərarına əsasən, beşgünlük iş həftəsi ilə fəaliyyət göstərən işəgötürənlər üçün cari həftə son iş günü 30 dekabr, bayramdan sonra ilk iş günü isə 7 yanvar tarixidir.

Maraqlıdır ki, 30 dekabr 2023-cü il tarixdə qısaldılmış iş vaxtı tətbiq edilməlidir?

Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, Əmək Məcəlləsinin 91, 92 və 93-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olunmaqla, qalan iş yerlərində səsvermə, bu Məcəllənin 105-ci maddəsində göstərilən iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü qabağı iş gününün müddəti həftəlik iş günlərinin sayından asılı olmayaraq bir saat qısaldılır. 31 dekabr 2023-cü il Dünya Azərbaycanlılarının Həmrəylik Günü (qeyri-iş günü) olduğu üçün, 30 dekabr 2023-cü ildə beşgünlük iş rejimində iş vaxtının müddəti 8 saat, yoxsa 7 saat olmalıdır?

“MKS Academy” tərəfindən 23 dekabr 2023-cü il tarixdə keçirilən 50-ə yaxın HR mütəxəssisinin həm əyani həm ZOOM üzərindən onlayn formada iştirak etdiyi tematik təlimdə 30 dekabr 2023-cü il tarixində qısadılmış iş vaxtının tətbiq edilməsi məsələsi müzakirə olunub. Təlimçilər bildiriblər ki, Nazirlər Kabinetinin qərarının təsir dairəsinə iki ilin, yəni 2023 və 2024-cü illərin günləri düşdüyü üçün fərqli hallar yaranır. Konkret olaraq 30 dekabr 2023-cü il tarixdə qısadılmış iş vaxtının tətbiqinə gəlincə, təlimçilərin fikrincə, həmin tarixdə tam iş vaxtı tətbiq edilməlidir. Çünki Nazirlər Kabinetinin 447-ci saylı, “İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında” qərarına əsasən, 2024-cü ilin 4 və 5 yanvar iş günləri ilə müvafiq olaraq 2023-cü ilin 30 dekabr və 2024-cü ilin 7 yanvar istirahət günlərinin yerləri dəyişdirilib.

Təlimçilərin fikrincə, 2024-cü ilin 4 yanvar tarixində 8 saatlıq iş rejim tətbiq edildiyi üçün, 30 dekabr 2023-cü il tarixində qısadılmış iş vaxtı tətbiq edilməyəcək. Çünki 2024-cü ilin 4 yanvar 2023-cü il tarixində 8 saat azalma olduğu halda, 30 dekabr 2023-cü il tarixində 7 saat azadılmanın tətbiq edilməsi düzgün deyil.

Bəzi fikirlər mövcuddur ki, Əmək Məcəlləsinin 108-ci maddəsində bayramqabağı iş günləri halında fərqli yanaşma ilə bağlı hər hansı xüsusi norma müəyyənləşdirilməyib.

Amma təlimçilərin yekun qərarı belədir ki, 30 dekabr 2023-cü il tarixində 8 saatlıq iş saatı tətbiq edilməlidir. İşəgötürənlər 30 dekabr 2023-cü il tarixini bayramqabağı son iş günü olmasını nəzərə alaraq, əmək haqlarını saxlamaq şərtilə işçiləri 1 saat az əmək funksiyasına cəlb edə bilərlər. İşəgötürənin hüququ var ki, əmək münasibətlərin yaxşılaşdırılması məqsədilə işçilərin 30 dekabr 2023-cü il tarixdə daha az çalışmasına şərait yaratsın.

Növbəti yazılarımızda 2023-cü ilin dekabr ayında iş vaxtından artıq işə cəlb edilmə üzrə əmək haqqının hesablanması, ay tam başa çatmamış əmək müqaviləsinə xitam verilməsi, iş vaxtının cəmləmiş uçotu, əmək haqqının hesablanması və əmək məzuniyyəti 29 dekabr 2023-cü ildə bitən işçi ilə bağlı bəzi məsələlər haqqında məlumat verəcəyik.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

1. PMS Sertifikatı (II mərhələ) - II nəşr Test və tapşırıqlar toplusu - 2023-cü ilin sentyabr ayında dərc olunub (satışı bitib)

2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (III nəşr) -2023  (satışı bitib)

3. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2023 (satışı bitib)

4. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023

5. Əmək Qanunvericiliyi Toplusu 2023

6. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) 2023 (satışı bitib)

7. A-dan Z-yə: Kargüzarlıq (V nəşr) 2023 

8. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 2023 (satışı bitib)

9. Mühasibat uçotu 2022

10. ƏMAS platforması A-dan - Z-yə 2022  (satışı bitib)

0 Komment

    Şərh yazın

    Xəbərlər