VAKANSİYA! Məşhur şirkətdən HR MÜTƏXƏSSİSİ ELANI

VAKANSİYA! Məşhur şirkətdən HR MÜTƏXƏSSİSİ ELANI

Qadın namizədlərə üstünlük verilir
 
İnsan Resursları üzrə Mütəxəssis
Sirab ASC
 
Namizədə Tələblər
 
1. Ali təhsilli
2. Yaş həddi 25-35
3. Qadın namizədlərə üstünlük verilir
4. Rus dili biliyi üstünlükdür
5. Minimum 1 il tərübə
6. MS ofis proqramı üzrə biliklər
7. Azərbaycan Respublikası Əmək Məcəlləsi və müvafiq qanunlar (qərarlar) haqqında biliklər
8. Komanda işinə maraq göstərən
9. Səlis danışıq qabiliyyəti olan
10. Qərarlı, təmkinli, diqqətli və məsuliyyətli
11. Təşkilatçılıq, planlaşdırma və problem həll etmə bacarığını inkişaf etdirmiş
12. Tənqidə açıq və öyrənməyə maraqlı olan
 
İş barədə məlumat
 
1. Kadr işlərinin həyata keçirilməsi
2. Kadr idarəetməsinin təşkili
3. İşçilərin giriş-çıxış əmrlərinin hazırlanması
4. Əmək Müqavilələrin və  əmək kitabçalarının qanunauyğun formada yazılması
5. Qanunvericiliyə uyğun işçilərin şəxsi işlərinin hazırlanması və yenilənməsi
6. Tabel uçotunun aparılması
7. Məzuniyyət qrafikasının hazırlanması və ona uyğun əmrlərin yazılması
8. Aylıq, rüblük və illik kadr hesabatlarının hazırlanması
9. Ezamiyyə əmrləri və vərəqəsi, ödənişsiz məzuniyyət əmrləri, xəstəlik haqqında əmrlər və xəstəlik vərəqəsinin, eləcə də təhsil məzuniyyəti əmrlərinin yazılması
10. Verilən bütün əmrlərin uçotunun aparılması
11. İşçilərin vəzifə təlimatlarının hazırlanması
12. İşçilərin maddi məsuliyyət müqavilələrinin yazılması
13. İşə yeni alınan işçilərin və ya işdən azad olunan işçilərin ƏƏSM Nazirliyinin Elektron Sisteminə daxil edilməsini düzgün və vaxtında icra etmək
14. Bütün sənədlərin düzgün arxivləşdirilməsi
15. Vəzifədən irəli gələn digər öhdəliklərin vaxtında və düzgün yerinə yetirilməsi
 
İş qrafiki - Həftənin 6 günü saat 09:00-19:00. İstirahət günü Bazar günü
İş yeri - Səbail rayonu, Xaqani küçəsi 14A, Prive Steak Gallery 
Əmək haqqı  - 700 AZN
 
Uyğun namizədlərdən cvlərini mövzu yerinə insan resursları üzrə mütəxəssis yazmaqla [email protected] mail ünvanına göndərmələri xahiş olunur.

0 Komment

    Şərh yazın

    Xəbərlər