ƏMAS alstistemində elektron əmək məzuniyyəti əmrinin hazırlanmasının A-dan Z-yə izahı

ƏMAS alstistemində elektron əmək məzuniyyəti əmrinin hazırlanmasının A-dan Z-yə izahı

Dövlət Əmək Müfəttişliyi Xidmətinin şöbə müdirinin müavini Aynurə Tağıyevanın təqdimatında

Xəbər verdiyimiz kimi, noyabr ayından etibarən ƏMAS altsistemində məzuniyyət əmrlərin hazırlanması üçün xüsusi bölmə işəgötürənlərin ixtiyarına veriləcək. ƏMAS altsistemində məzuniyyət əmrinin yaradılması prosesini Dövlət Əmək Müfəttişliyi Xidmətinin şöbə müdirinin müavini Aynurə Tağıyeva izah edib: “ƏMAS altsistemində xitam əmrləri ilə yanaşı məzuniyyət əmrləri üçün altbölmə yaradılıb. “Məzuniyyət əmrləri” bölməsinə daxil olduqda proqram təminatı tərəfindən aktiv olan işçilərin siyahısı təqdim edilir. İşəgötürən məzuniyyətə göndəriləcək işçini seçməklə əmrin hazırlnmasına prosesinə başlayır. Məzuniyyət əmrlərin hazırlanması zamanı kadr kargüzarlığında tətbiq edilən şablon formadan istifadə edilir. Kağız üzərində hazırlanan şablon məlumatlar eyni qaydada sistemə əlavə edilib. Əmrin tarixi və nömrəsi, ərizənin tarixi, əmək məzuniyyətin müddəti, işçinin işi ili, məzuniyyət günlərin sayı və s. sistemə daxil edilir. Məzuniyyətin başlanma tarixini qeyd etdikdə, məzuniyyət günlərinin sayına uyğun olaraq avtomatik olaraq bitmə tarixi elektron məzuniyyət əmrində əks edilir. Əmri imzalayacaq vəzifəli şəxsi seçdikdən sonra imzalanma prosesinə keçid edilir. Həmçinin məzuniyyət əmri ilə bağlı əlavə şərtlər mövcuddursa, “qeyd” bölməsində yazılması imkanı da yaradılıb. Məzuniyyət əmrinin qeydiyyatı və imzalanma prosesi xitam əmrlə eyni formada həyata keçirilir.”

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

1. PMS Sertifikatı (II mərhələ) - II nəşr Test və tapşırıqlar toplusu - 2023-cü ilin sentyabr ayında dərc olunub

2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (III nəşr) -2023  

3. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2023 

4. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023

5. Əmək Qanunvericiliyi Toplusu 2023

6. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) 2023

7. A-dan Z-yə: Kargüzarlıq (V nəşr) 2023

8. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 2023

9. Mühasibat uçotu 2022

10. ƏMAS platforması A-dan - Z-yə 2022

0 Komment

    Şərh yazın

    Xəbərlər