ƏMAS altsistemində məzuniyyət əmrinin qeyd edilməsi işəgötürənlər üçün mütləq tələbdir?

ƏMAS altsistemində məzuniyyət əmrinin qeyd edilməsi işəgötürənlər üçün mütləq tələbdir?

Dövlət Əmək Müfəttişliyi Xidmətinin şöbə müdirinin müavini Aynurə Tağıyevanın mövqeyi

Xəbər verdiyimiz kimi, noyabr ayından etibarən ƏMAS altsistemində məzuniyyət əmrlərin hazırlanması üçün xüsusi bölmə işəgötürənlərin ixtiyarına veriləcək. Dövlət Əmək Müfəttişliyi Xidmətinin şöbə müdirinin müavini Aynurə Tağıyeva bildirib ki, qanunvericilikdə əmrlərin elektronlaşdırılması ilə dəyişikliklər təsdiq olunmadığı üçün hal-hazırda ƏMAS altsistemində məzuniyyət əmrlərinin hazırlanması işəgötürənlər üçün mütləq tələb hesab edilmir: “ƏMAS altsistemində məzuniyyət əmrlərinin tərtib edilməsi prosesi dövlət qurumu tərəfindən işəgötürənlərə dəstək məqsədi ilə hazırlanıb. O səbəbdən də, işəgötürənlərə tövsiyyə edirik ki, məzuniyyət əmrlərini ƏMAS altsistemində hazırlasınlar. ƏMAS altsistemindəki dəyişiklik HR proqramları olmayan işəgötürənlər üçün məzuniyyətin uçotu və rəsmiləşdirilməsində kifayət qədər dəstək olacaq. Amma qanunvericilik tətbiq olunduqdan sonra işəgötürənlər üçün məcburi öhdəlik daşımaqla yanaşı onların məzuniyyətlə bağlı işlərinin asanlaşdırılmasına dəstək olacaq.”

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

1. PMS Sertifikatı (II mərhələ) - II nəşr Test və tapşırıqlar toplusu - 2023-cü ilin sentyabr ayında dərc olunub

2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (III nəşr) -2023  

3. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2023 

4. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023

5. Əmək Qanunvericiliyi Toplusu 2023

6. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) 2023

7. A-dan Z-yə: Kargüzarlıq (V nəşr) 2023

8. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 2023

9. Mühasibat uçotu 2022

10. ƏMAS platforması A-dan - Z-yə 2022

0 Komment

    Şərh yazın

    Xəbərlər