Dəyişiklik! İşəgötürənə işçini məcburi əmək məzuniyyətinə göndərmək hüququ verilir?

Dəyişiklik! İşəgötürənə işçini məcburi əmək məzuniyyətinə göndərmək hüququ verilir?

25 oktyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli ilə Caspian Energy Club üzvlərinin  B2G Forumu baş tutub.
Forumda müvafiq sahələrdə mövcud olan suallar və təkliflərin müzakirəsi həyata keçirilib. Forumda iştirak edən həmkarımızın verdiyi məlumata əsasən, müzakirə olunan mövzulardan biri də işəgötürən tərəfindən işçinin əmək məzuniyyətini hüququndan istifadə etməsinin məcburiliyi ilə bağlı olub.  Qeyd edək ki, Əmək Məcəlləsinin 138-ci maddəsinin birinci hissəsinə əsasən, bütün növ məzuniyyətlərin verilməsi işçinin ərizəsi əsasında işəgötürənin əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilir. Maddədən göründüyü kimi, işçinin məzuniyyətə göndərilməsi üçün onun ərizəsinin olması mütləq tələb kimi əmək qanunvericiliyində nəzərə alınıb. Forumda iştirak edən dövlət rəsmilərinin verdiyi məlumata əsasən,  Əmək Məcəlləsinə təklif edilən dəyişikliklərlə bağlı yeni hazırlanan layihədə işəgötürənə işçini onun iş ili ərzində 3 həftə məzuniyyətə göndərmək hüququ verilməsi nəzərdə tutulub.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

1. PMS Sertifikatı (II mərhələ) - II nəşr Test və tapşırıqlar toplusu - 2023-cü ilin sentyabr ayında dərc olunub

2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (III nəşr) -2023  

3. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2023 

4. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023

5. Əmək Qanunvericiliyi Toplusu 2023

6. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) 2023

7. A-dan Z-yə: Kargüzarlıq (V nəşr) 2023

8. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 2023

9. Mühasibat uçotu 2022

10. ƏMAS platforması A-dan - Z-yə 2022

0 Komment

    Şərh yazın

    Xəbərlər