Xəstələnən işçinin əvvəlki 12 ayda qazancı olmazsa, müavinət necə hesablanır?

Xəstələnən işçinin əvvəlki 12 ayda qazancı olmazsa, müavinət necə hesablanır?

Satışı yekunlaşan "Əməyin uçotu: A-dan Z-yə" (III nəşr) kitabından seçmə

Analıq məzuniyyəti ilə bağlı bizə ən çox verilən suallardan biri də, işçinin qismən ödənişli sosial məzuniyyətdə olduğu halda yenidən analıq məzuniyyətə çıxması halı ilə bağlıdır. Əsasnamənin 28-ci maddəsində qeyd edilir ki, sığortaolunanın əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 tam təqvim ayında əmək fəaliyyəti olmamışdırsa, onda bir iş gününə düşən orta gündəlik qazanc işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi dövrdə qanunvericiliklə müəyyən edilmiş minimum aylıq əmək haqqının qüvvədə olan məbləğinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydakı iş günlərinin sayına bölünməsi ilə tapılır.
MisaL.  “A” MMC-nin 5 illik sosial sığorta stajına malik olan işçisi 2018-ci ilin mart ayında analıq məzuniyyətinə çıxıb, analıq məzuniyyətdən geri qayıtmadan qismən ödənişli sosial məzuniyyətə çıxıb. Qismən ödənişli sosial məzuniyyətdə olan 2021-ci ilin fevral ayında xəstəlik vərəqəsi təqdim edir ki, 14 fevral 2022-ci il tarixindən yenidən analıq məzuniyyətinə çıxır. Göründüyü kimi, işçinin fevral ayında əvvəlki dövrdə hər hansı əmək fəaliyyəti olmayıb. 
Bu halda hər ay üzrə işçinin qazancı olaraq minimum əmək haqqı nəzərə alınır (Misal 2022-ci il üzrə hazırlandığı üçün minimum əmək haqqı məbləği 345 manat yox, 300 manat kimi nəzərə alınıb):
Cədvəldən göründüyü kimi, son 12 ayda fəaliyyəti olmayan işçiyə ödəniləcək müavinət məbləği minimum əmək haqqı əsasında 1245,00 manat təşkil edir. 

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

1. PMS Sertifikatı (II mərhələ) - II nəşr Test və tapşırıqlar toplusu - 2023-cü ilin sentyabr ayında dərc olunub

2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (III nəşr) -2023  

3. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2023 

4. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023

5. Əmək Qanunvericiliyi Toplusu 2023

6. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) 2023

7. A-dan Z-yə: Kargüzarlıq (V nəşr) 2023

8. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 2023

9. Mühasibat uçotu 2022

10. ƏMAS platforması A-dan - Z-yə 2022

1 Komment

  1. Shamsiyevaə Nahida 23 Oktyabr 2023

    Çox sağolun ətraflı izahat ucun

Şərh yazın

Xəbərlər