Əmək şəraitinin dəyişdirilməsi səbəbindən müqaviləyə xitam necə verilir?

Əmək şəraitinin dəyişdirilməsi səbəbindən müqaviləyə xitam necə verilir?

Satışı yekunlaşan "Əməyin uçotu: A-dan Z-yə" (III nəşr) kitabından seçmə

- əmək şəraitinin şərtlərinin dəyişdirilməsi
Əmək Məcəlləsinin 68-ci maddəsinin “c” bəndinə əsasən, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi əmək müqaviləsinin xitamına əsas ola bilər. Əmək Məcəlləsinin 54-cü maddəsinə əsasən, işəgötürən tərəfindən işçilərə əmək funksiyaslarını yerinə yetirmək üçün aşağıdakı əmək şəraiti yaradılmalıdır:
- peşə (vəzifə) adlarının, ixtisasların, əməyin ödənilməsi dərəcələrinin müəyyən edilməsi;
- əməyə görə haqqın miqdarının müəyyən edilməsi və onun ödənilməsi;
- əmək normaları və əməyin qiymətləndirilməsi normalarının müəyyən edilməsi;
- sanitariya və gigiyena normalarına cavab verən iş yerinin və iş şəraitinin yaradılması;
- əməyin mühafizəsi, texniki təhlükəsizlik normalarının gözlənilməsi;
- əmək funksiyasının bu Məcəllə ilə müəyyən edilmiş iş vaxtı müddətindən artıq olmayan iş vaxtında yerinə yetirilməsini;
- Əmək Məcəlləsi ilə müəyyən edilmiş istirahət vaxtından, məzuniyyətlərdən istifadə olunmasını;
- işçilərin qanunvericiliklə müəyyən olunmuş məcburi dövlət sosial sığorta edilməsini;
- işçilərə əmək funksiyasının icrası üçün zəruri olan avadanlıqların, materialların, alətlərin, texniki və digər sənədlərin vaxtında verilməsi və onların lazımi keyfiyyətdə olması; 
- insanın immunçatışmazlığı virusu ilə yaşayan işçi ilə məsləhətləşmə aparmaqla onun üçün münasib iş şəraitinin (xüsusi avadanlıqlarla təminat, istirahət fasilələri üçün imkanlar və tibbi müayinələr üçün icazələrin verilməsi və s.) yaradılması.
- əmək müqavilələrində, kollektiv müqavilələrdə nəzərdə tutulan şərtlər.
Yuxarıda qeyd edilən hallar üzrə bağlanan əmək müqaviləsinə sonradan əmək şəraitinin aşağı şərtlərinin daxil edilməsi əmək şəraitinin dəyişməsi hesab oluna bilər.
Mİsal 1.  İşəgötürənin işçi ilə bağladığı əmək müqaviləsində aylıq 600 manat əmək haqqı müəyyən edilib. İşəgötürən əmək müqaviləsi bağlandıqdan 4 ay sonra maliyyə göstəricilərinin pisləşməsini əsas gətirərək işçinin əmək haqqını azaldır. Artıq bu hal əmək şəraitinin dəyişməsi hesab olunur. İşçi əmək haqqının azalması ilə razılaşmırsa, bu halda onun əmək müqaviləsinə 68-ci maddənin “c” bəndi ilə xitam verilə bilər.
Mİsal 2. İşəgötürən qərar verir ki, mühasib vəzifəsində çalışan işçini satış mütəxəssisi vəzifəsinə keçirsin. Bu hal da işçinin əmək şəraitinin dəyişməsi hesab edilir və işçi razı olmadıqda əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin “c” bəndinə uyğun olaraq xitam verilə bilər.
Əmək Məcəlləsinin 56-cı maddəsinin 2-ci hissəsinə əsasən, işəgötürən əmək şəraitinin şərtlərini dəyişdirməzdən azı bir ay əvvəl işçini yazılı məlumatı və ya əmri (sərəncamı) ilə xəbərdar etməlidir. Əgər işçi yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq vermirsə, onda o, başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin «c» bəndində nəzərdə tutulan əsasla xitam verilə bilər.
Maddədən göründüyü kimi, əmək şəraitinin dəyişməsi ilə bağlı olaraq, işçini məlumatlandırma prosesi həyata keçirilməlidir.
Mİsal.  5 günlük iş rejimində çalışan işəgötürən qərar verir ki, 1 mart 2022-ci il tarixdən etibarən 6 günlük iş rejiminə keçilsin. Yeni əmək şəraiti ilə bağlı işçilərin yazılı məlumatlandırılması prosesi 1 fevral 2022-ci il tarixdən gec olmayaraq həyata keçirilməlidir. İşçilər yeni əmək şəraiti ilə razı deyillərsə, bu haqda işəgötürəni məlumatlandırmalıdırlar.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

1. PMS Sertifikatı (II mərhələ) - II nəşr Test və tapşırıqlar toplusu - 2023-cü ilin sentyabr ayında dərc olunub

2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (III nəşr) -2023  

3. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2023 

4. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023

5. Əmək Qanunvericiliyi Toplusu 2023

6. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) 2023

7. A-dan Z-yə: Kargüzarlıq (V nəşr) 2023

8. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 2023

9. Mühasibat uçotu 2022

10. ƏMAS platforması A-dan - Z-yə 2022

0 Komment

    Şərh yazın

    Xəbərlər