Sınaq müddəti ilə işçinin işə qəbulu necə rəsmiləşdirilməlidir? (Nümunəvi forma)

Sınaq müddəti ilə işçinin işə qəbulu necə rəsmiləşdirilməlidir? (Nümunəvi forma)

Satışı davam edən "A-dan Z-yə: Kargüzarlıq" (V nəşr) kitabından seçmə

İşəgötürənlər və işçilər unutmasınlar ki, yeni işə qəbul olunan işçiyə münasibətdə sınaq müddətinin müəyyənləşdirilməsi işəgötürənin öhdəliyi yox, hüququdur. O, sınaq müddətini müəyyənləşdirib-müəyyənləşdirməməkdə sərbəstdir. Mümkündür ki, işçinin işə qəbulla bağlı ərizəsində də bu barədə qeydlər olsun. 
İşçinin sınaq müddəti təyin olunmaqla işə qəbulu əmrinin nümunəvi formasını təqdim edirik.  

Blank “Alov” MMC
ƏMR№________

Xaçmaz şəhəri            ____ ________________2019-cu il

İşçinin sınaq müddəti ilə işə qəbul olunması haqqında

Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 81-ci maddəsinin 1-ci bəndinə və Quliyev Rza Əşir oğlu ilə bağlanılmış ___ ________2019-cu il tarixli və ___№-li əmək müqaviləsi bildirişinə əsaslanaraq

ƏMR EDİRƏM:

1. Quliyev Rza Əşir oğlu 03 avqust 2019-cu il tarixdən “Alov” MMC-nin Satış şöbəsinə aparıcı mütəxəssis vəzifəsinə təyin edilsin.
2. İşçinin aylıq vəzifə maaşı ştat cədvəlinə uyğun olaraq 752 (yeddi yüz əlli iki) manat müəyyənləşdirilsin.
3. İşçiyə münasibətdə ___ _______2019-cu il tarixdən  ____ _________2019-cu il tarixədək, 2 (iki) aylıq sınaq müddəti təyin edilsin.
4. İşçi vəzifə təlimatı, müəssisədaxili intizam qaydaları və digər müvafiq lokal aktlarla ilə tanış edilsin.
5. Əmrin icrasına nəzarət Kadrlarla iş şöbəsinin müdiri Ağazadə Nazlı Həsənağa qızına həvalə olunsun.
Direktor _______ Nəbili N.N.

Əmrlə tanış oldum:

__________ Quliyev R.Ə.

Tarix: ________

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir), 012-564-86-85 və ya [email protected]

1. PMS Sertifikatı (II mərhələ) - II nəşr Test və tapşırıqlar toplusu - 2023-cü ilin sentyabr ayında dərc olunub

2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (III nəşr) -2023  

3. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2023 

4. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023

5. Əmək Qanunvericiliyi Toplusu 2023

6. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) 2023

7. A-dan Z-yə: Kargüzarlıq (V nəşr) 2023

8. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 2023

9. Mühasibat uçotu 2022

10. ƏMAS platforması A-dan - Z-yə 2022

0 Komment

    Şərh yazın

    Xəbərlər