ŞƏRH! Əmək müqaviləsində sınaq müddətinin maksimum 2 (iki) həftə olması təklifi hansı məqsədə xidmət edir?

ŞƏRH! Əmək müqaviləsində sınaq müddətinin maksimum 2 (iki) həftə olması təklifi hansı məqsədə xidmət edir?

Xəbər verdiyimiz kimi, Əmək Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, altı ay müddətinədək bağlanılmış əmək müqaviləsində ən çoxu iki həftə, digər əmək müqavilələrində isə ən çoxu 3 ay sınaq müddəti təyin ediləcək. Qeyd edək ki, hal-hazırki qanunvericiliyinə əsasən, sınaq müddəti müəyyən edilməyən hallar istisna olmaqla, əmək müqaviləsi işçinin peşəkarlıq səviyyəsini, müvafiq əmək funksiyasını icra etmək bacarığını yoxlamaq məqsədi ilə sınaq müddəti maksimum 3 ay müəyyən edilməklə bağlanıla bilər.

Mks.az saytının ekspertlərinin fikrincə təklif edilən yeni dəyişiklikdə məqsəd qisa müddətli (6 ayadək) bağlanan əmək müqavilələrinin sayını azaltdırlmasına xidmət etməsidir. Hal-hazırda qüvvədə olan qanunvericiliyə əsasən, müddəti 2 aya qədər olan əmək müqavilələrində sınaq müddəti müəyyən edilə bilməz. Əmək Məcəlləsinə dəyişiklik təsdiq edildikdən sonra, müddəti 2 aydan 6 aya qədər olan əmək müqavilələrində  sınaq müddətinin maksimum 3 ay yox 2 həftə müəyyən edilməsinə icazə veriləcək. 

Bir məsələni də qeyd edək ki, əmək müqaviləsinin müddətinin 6 aya qədər olması halında sınaq müddətinin 2 həftə olması tələbi Rusiyanın Əmək Məcəlləsində də öz əksini tapıb. Rusiyanının Əmək Məcəlləsinin 70-ci maddəsinə əsasən, 2 aydan 6 ayadək bağlanan əmək müqavilələrində sınaq müddəti iki həftədən çox ola bilməz ( При заключении трудового договора на срок от двух до шести месяцев испытание не может превышать двух недель).

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir), 012-564-86-85 və ya [email protected]

1. PMS Sertifikatı (II mərhələ) - Test və tapşırıqlar toplusu - 2023 - YENİ 

2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (III nəşr) -2023  

3. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2023 

4. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023

5. Əmək Qanunvericiliyi Toplusu 2023

6. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) 2023

7. A-dan Z-yə: Kargüzarlıq (V nəşr) 2023

8. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 2023

9. Mühasibat uçotu 2022

10. ƏMAS platforması A-dan - Z-yə 2022

0 Komment

    Şərh yazın

    Xəbərlər