Əmrlərin nömrələnməsi necə həyata keçirilməlidir? (Nümunəli izahlar)

Əmrlərin nömrələnməsi necə həyata keçirilməlidir? (Nümunəli izahlar)

Satışı davam edən "A-dan Z-yə: Kargüzarlıq" (V nəşr) kitabından seçmə

Əmrlərin necə nömrələnməsi qaydası ilə bağlı Təlimatda hər  hansı məlumat olmasa da, digər sənədlərdən, xüsusilə arxiv işini tənzimləyən normativ hüquqi aktlardan müəyyən nəticələr çıxarmaq mümkündür.  Sərəncamverici sənədlər sıra nömrələrinə uyğun olaraq ardıcıllıqla nömrələnir. Yaxşı olar ki, işçi heyəti üzrə əmrlər təşkilatın əsas fəaliyyəti ilə bağlı əmrlərinə qarışıdırılmasın, təşkilatda qəbul olunmuş İşlərin nomenk­latur siyahısına uyğun olaraq ayrıca nömrələnsin, qeydə alınsın və mühafizə olunsun. Əmrin nömrəsindən sonra hansısa hərf əlavə edilə bilər. Rəqəmlə hərfin arasına nöqtə, tire və sləş işarələrindən birinin qoyulması yolveriləndir. Məsələn, № 57.M və ya № 57/M və ya № 57-M.  Bu işarələr birlikdə sənədin indeksini təşkil edir.

Sənədlərin indeksinin formalaşdırılması prosesi tamamilə fərdi yanaşma və sərbəstlik tələb edən bir prosesdir. Bu proses təşkilat tərəfindən sənədlərin qeydiyyatı ilə bağlı qəbul olunmuş daxili qaydalardan və istifadə olunan əmrlərin az və ya çoxluğundan asılıdır.  Kiçik təşkilatlarda əmrlərdən az istifadə olunduğundan onları ayrı-ayrı növlərə ayırmağa ehtiyac yoxdur. Ancaq əmrlərin məzmunundan asılı olaraq  saxlanma müddətlərinin fərqli olması onların bir işə tikilməsinə icazə vermir. Bu zaman əmrin sıra nömrəsindən sonra tire və ya sləş qoymaqla ona “K” (saxlanma müddəti qısa - 3 və 5 il müəyyənləşdirilmiş əmrlər, məzuniyyətlərin verilməsi, növbətçilərin təyin edilməsi, cərimələr, fəhlə və qulluqçuların ezam edilməsi haqqında və sair) indeksi,  digərlərinə isə İH (işçi heyəti üzrə sənədlərin saxlanma müddəti 75 il olan əmrlərdə) artırmaq  olar.
İşçilərinin sayı yüzdən çox olan böyük təşkilatlarda isə işçi heyəti ilə bağlı əmrlərin miqdarı çox olduğundan hər növ əmrlər kadrlar xidmətinin struktur vahidlərində yaranır və qeydiyyatdan keçirilir. Ona görə də belə təşkilatlarda məqsədyönlü şəkildə əmrlərin hər bir növünü fərqləndirmək üçün indeks sistemləri yaradılır.
QF – fəhlələrin işə qəbulu;
QM – mütəxəssislərin işə qəbulu;
E – ezamiyyət;
ED – daxili ezamiyyələr;
EX – xarici ezamiyyələr;
MƏ - əmək məzuniyyəti;
MÖ – ödənişsiz məzuniyyət və sair.
Bu indeksləşdirmə sistemi şərtidir, siz əmrləri başqa hərflərlə də işarə edib fərqləndirə bilərsiniz. Bütün hallarda qaydanı (mexanizmi) əmrlə rəsmiləşdirin ki, həm rəhbərlik, həm də işçilər məlumatlı olsunlar və səhvə yol verməsinlər. Bəzilərinin aksioma kimi səsləndirdiyi “hər yerdə belədir, ona görə bizdə belə nömrələyirik” kimi fikirləri unudun. Hər bir təşkilat sənədlərin tərtibi və rəsmiləşdirilməsi ilə bağlı qaydaları daxili normativ aktla (məsələn, kargüzarlıqla və ya kadr kargüzarlığı ilə bağlı təlimatla) təsdiq etsə, daha doğru olar.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir), 012-564-86-85 və ya [email protected]

1. PMS Sertifikatı (II mərhələ) - Test və tapşırıqlar toplusu - 2023 - YENİ 

2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (III nəşr) -2023  

3. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2023 

4. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023

5. Əmək Qanunvericiliyi Toplusu 2023

6. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) 2023

7. A-dan Z-yə: Kargüzarlıq (V nəşr) 2023

8. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 2023

9. Mühasibat uçotu 2022

10. ƏMAS platforması A-dan - Z-yə 2022

0 Komment

    Şərh yazın

    Xəbərlər