Əmək Məcəlləsinin Qısaldılmış iş vaxtı ilə bağlı tələbləri necədir?

Əmək Məcəlləsinin Qısaldılmış iş vaxtı ilə bağlı tələbləri necədir?

Satışı davam edən "A-dan Z-yə: Kargüzarlıq" (V nəşr) kitabından seçmə

Qısaldılmış iş vaxtı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin müəyyənləşdirdiyi xüsusi kateqoriyalı işçilərə, onların yaşı, səhhəti, əmək şəraiti, əmək funksiyasının xüsusiyyətlərinə uyğun olaraq təyin edilir. Aşağıdakı işçilər qısaldılmış iş vaxtı güzəştindən istifadə etmək hüququna malikdirlər:    
- 16 yaşınadək işçilər (həftəlik 24 saatdan çox olmamaqla);
- 16 yaşdan 18 yaşadək işçilər, orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş işçilər, həmçinin hamilə və yaşyarımadək uşağı olan qadınlar və 3 yaşınadək uşağını təkbaşına böyüdən valideynlər (həftədə 36 saatdan artıq olmamaqla);
Zəruri qeyd: Hazırda Azərbaycan qanunvericiliyində I, II və III dərəcə əlilliyi olanların əvəzinə aşağıdakı anlayışlardan istifadə olunur:
-    I dərəcə əlilliyi olan - Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş; 
-    II dərəcə əlilliyi olan - Orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş;
-    III dərəcə əlilliyi olan - Orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş. 
 - Əmək şəraiti fiziki, kimyəvi, bioloji və habelə insanın sağlamlığı üçün zərərli olan digər ağır istehsalat amilləri mövcud olan əmək şəraitli istehsalatlarda, peşə və vəzifələrdə çalışan işçilər (həftəlik 36 saatdan çox olamamqla);
- Yüksək həssaslıq, həyəcan, zehni, fiziki və əsəb gərginliyi, habelə insanın səhhətinə mənfi təsir göstərən digər amillər olan əmək şəraitli iş yerlərində (məsələn, həkimlər, müəllimlər, elektrotexniki qurğularda, cihazlarda çalışanlar) işləyənlər (həftə ərzində 36 saatdan çox olmamaq şərtilə).
İşçi üçün qısaldılmış iş vaxtı əmək müqaviləsində, kollektiv müqavilədə və digər normativ aktda nəzərdə tutla bilər. Bəzi işçilər işə qəbul olunanda onlara münasibətdə əmək şəraiti şərtlərinə qısaldılmış iş vaxtı təyin edilməlidir. Məsələn, işçinin yaşı 18-dən aşağıdırsa, Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş zərərli istehsalat sahəsində çalışırsa, poliklinikalarda, ambulatoriyalarda, dispanserlərdə, tibb məntəqələrində, stansiyalarda, bölmələrdə və kabinetlərdə, doğum evləri və xəstəxanalarda xəstələrin ambulator qəbulu ilə məşğul olan həkimdirsə və sair. 
Ancaq mümkündür ki, işçi işə qəbul edildikdən bir neçə ay sonra hamilə olduğuna görə qısaldılmış iş vaxtı hüququndan faydalansın. Bu üstünlük hüququnu ona Əmək Məcəlləsi verir.  Bu zaman, birinci növbədə işçinin ərizəsi əsasında əmək müqaviləsinə əlavə razılaşmanın imzalanması və iş vaxtının həftəlik 36 saatdan az olmasının həmin sənəddə əks etdirilməsi lazımdır, daha sonra bu dəyişiklik əmrlə rəsmiləşdirilməlidir. 

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir), 012-564-86-85 və ya [email protected]

1. PMS Sertifikatı (II mərhələ) - Test və tapşırıqlar toplusu - 2023 - YENİ 

2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (III nəşr) -2023  

3. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2023 

4. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023

5. Əmək Qanunvericiliyi Toplusu 2023

6. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) 2023

7. A-dan Z-yə: Kargüzarlıq (V nəşr) 2023

8. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 2023

9. Mühasibat uçotu 2022

10. ƏMAS platforması A-dan - Z-yə 2022

0 Komment

    Şərh yazın

    Xəbərlər