Qismən ödənişli sosial məzuniyyətdə olan işçinin geri qayıtması halları necə rəsmiləşdirilməlidir? (Nümunəvi formalar)

Qismən ödənişli sosial məzuniyyətdə olan işçinin geri qayıtması halları necə rəsmiləşdirilməlidir? (Nümunəvi formalar)

Satışı davam edən "A-dan Z-yə: Kargüzarlıq" (V nəşr) kitabından seçmə

Növbəti addım qeyd olunan müddət məsələsinin müvəqqəti (müddətli) işə götürülən işçinin əmək müqaviləsində nəzərə alınmasıdır. Əmək müqaviləsinnin müvafiq nölməsini təqdim edirik:

9. Əmək müqaviləsinə xitam verilməsi

9.1. Bu Əmək müqaviləsi Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslarla və qaydalara ciddi əməl olunmaqla tərəflərin birinin təşəbbüsü ilə ləğv edilə bilər;

9.2. İşəgötürən tərəfindən bu Əmək müqaviləsi ləğv edilərkən işçi qanunvericilikdə nəzərdə tutulan hallarda xəbərdar edilir;

9.3. İşçi tərəfindən bu əmək müqaviləsi ləğv edilməzdən əvvəl işəgötürən azı bir təqvim ayı qabaqcadan xəbərdar edilməlidir;

9.4. İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə bu Əmək müqaviləsini ləğv etməyə onun məcbur edilməsinə yol verilmir;

9.5. Əmək müqaviləsinə xitam verilməsi barədə tərəflərin müəyyən etdiyi hallar:

Tərəflər müvəqqəti işə çıxmayan işçi işə qayıtmaq üçün müraciət edərsə, işçinin əmək müqaviləsinə nəzərdə tutulan müddətdən öncə xitam verilməsi barədə razılığa gəlirlər.

Üzrlü səbəbdən (məzuniyyət, ezamiyyət və s.) işdə olmayan işçi işə qayıtdıqdan sonra müddətli əmək müqaviləsi ilə işə götürülən işçinin əmək müqaviləsinə xitam verilir. Təbii ki, məzuniyyətdən qayıdan işçi üzrə yenidən əmək müqaviləsi bildirişinin daxil edilməsinə ehtiyac yaranmır. Müvafiq əmrin nümunəvi formasını təqdim edirik:

Blank “Alov” MMC

ӘMR

№________

Bakı şәhәri                                                      ___ __________2021-ci il

Sosial məzuniyyətdən qayıdan işçinin əmək fəaliyyətini davam etdirməsi haqqında

Azәrbaycan Respublikasının Әmәk Mәcәllәsinin 68-ci maddәsinin 2-ci hissәsinin “b” bәndinә və qismәn odәnişli sosial mәzuniyyәtdәn qayıdan Qarayeva Sevinc Nuşirәvan qızının ___ _________2021-ci il tarixli ərizəsinə muvafiq olaraq

ӘMR EDİRӘM:

  1. Quliyev Rza Әşir oğlunun əmək müqaviləsinə, müddətin bitməsi səbəbindən xitam verilsin.
  2. Qismən ödənişli sosial məzuniyyətdən qayıdan Qarayeva Sevinc Nuşirəvan qızı kargüzar vəzifəsi üzrə əmək fəaliyyətini onunla bağlanılmış____ _________2020-ci il tarixli, ___N-li əmək müqaviləsində nəzərdə tutulmuş şərtlərlə davam etdirsin.
  3. İşçinin əmək müqaviləsi elektron informasiya sistemində bərpa olunsun.
  4. İşçi ___ __________ 2021-ci il tarixdәn işə başlasın.
  5. Әmrin icrasına nәzarәt Kadrlarla iş şöbәsinin mudiri Ağazadә Nazlı Hәsәnağa qızına hәvalә olunsun.

 

Direktor _______ Nәbili N.N.

 

Әmrlә tanış oldum:

__________ Quliyev R.Ә.

Tarix: ________

__________ Qarayeva S.N.

Tarix: ________

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir), 012-564-86-85 və ya [email protected]

1. PMS Sertifikatı (II mərhələ) - Test və tapşırıqlar toplusu - 2023 - YENİ 

2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (III nəşr) -2023  

3. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2023 

4. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023

5. Əmək Qanunvericiliyi Toplusu 2023

6. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) 2023

7. A-dan Z-yə: Kargüzarlıq (V nəşr) 2023

8. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 2023

9. Mühasibat uçotu 2022

10. ƏMAS platforması A-dan - Z-yə 2022

0 Komment

    Şərh yazın

    Xəbərlər