Leyla Novruzova: "İntervü zamanı birmənalı olaraq namizədin şəxsi həyatı ilə bağlı suallar verilməməlidir"

Leyla Novruzova: "İntervü zamanı birmənalı olaraq namizədin şəxsi həyatı ilə bağlı suallar verilməməlidir"

HR sahəsi üzrə tanınmış mütəxəssis, BP-nin baş ofisində məsul vəzifədə çalışan, hər bir azərbaycanlının fəxr edəcəyi Leyla xanım Novruzova mks.az saytının HR işilə bağlı cavablandırdığı sualları təkrar olaraq həmkarlarımızın diqqətinə çatdırırıq...

 - İşə qəbulun intervü mərhələsilə bağlı sual vermək istərdik. Bəzi namizədlər şikayət edirlər ki, intervü prosesində 5-ci sinif şagirdlərinin edə biləciyi testlər, tortu 2 dəfə 8 yerə bölmək kimi ənənəvi suallar verilir. Bundan əlavə namizədə  ailə vəziyyəti daxil olmaqla şəxsi sualların verilməsi narazılıqla qarşılanır. Sizcə, intervü prossesi necə şəffaf aparılmalıdır?

 - İşlədiyim təşkilatın - BP-nin işə qəbul sisteminin ideal olduğunu deyə bilmərəm, cünki həyatda ideal heç nə yoxdur.  BP-də namizədlə bağlı yekun prosses bəzən çox vaxt aparır. Amma təşkilatda konkret işə qəbul sistemi var. Misal üçün, hər vəzifə üçün bütün namizədlərə veriləcək suallar mütləq eyni olmalıdır. İntervü vaxtı təxminən 1 saat nəzərdə tutulur və müsahibə panelindəki şəxslər öncədən hazırlanan suallar blankına uyğun namizədi yoxlayırlar. HR sistemində ən çox rast gəlinən hal odur ki, müsahibə komissiyası intervüyə gələn şəxsin uyğunluğunu müəyyən etdikdən sonra, prosesi tez-tələsik yekunlaşdırmağa üstünlük verirlər.  Fikrimcə, müsahibə komissiyasının bu tip qərarı etik cəhətdən düzgün deyil və namizədə qarşı hörmətsizlikdir. İntervyüyə dəvət olunan hər bir şəxsə eyni münasibət göstərilməlidir.

Şəxsi suallara gəlincə isə, birmənalı olaraq namizədin şəxsi həyatı ilə bağlı suallar verilməməlidir. Amma burda bir incə məqam var. Macarıstanda məsul vəzifə üçün keçirilən intervü zamanı bir namizəd bildirdi ki, onun 4 uşağı var, sonbeşik kiçik olduğuna görə, iş vaxtından sonra qalıb işləyə və ya ezamiyyətə gedə bilməz. Təbii ki, namizədə sual verilmədi ki, bəs, o işdə olanda 2 aylıq uşağa kim baxacaq. Cünki bu tip sualların verilməsi cinsi bərabərsizliyin pozulmasıdır. 2 aylıq uşağı olan kişiyə bu tip suall verilir ki, qadına da verislin?!

0 Komment

    Şərh yazın

    Xəbərlər