Əlaqə

050-368-12-72

Bizə yazın

mksacademy2022@gmail.com

Bakı şəhəri, Caspian Plaza, Lotfi Zadeh Technology Center, 17-ci mərtəbə
  • Xəbərlər
    • Vergi işi
    • İqtisadi
    • Maliyyə
    • Sosial
  • İnsan resursları
    • Sual-cavab
    • Nəşrlərdən seçmələr
    • Məqalələr
    • Qanunvericilik
    • Nəşrlər
  • Mühasibatlıq
    • Sual-cavab
    • Təlimlər
    • Nəşrlər
    • Məqalələr
    • Rəsmi sənədlər
  • Vergi
    • Sual-cavab
    • Nəşrlərdən seçmələr
    • Məqalələr
  • Məhsullarımız
    • Kitablar
    • Təlimlər
    • Jurnal
    • Konsaltinq
  • Haqqımızda
  • 050-368-12-72

    mksacademy2022@gmail.com

    Bakı şəhəri, Caspian Plaza, Lotfi Zadeh Technology Center, 17-ci mərtəbə

Leyla Novruzova: "Təəssüf ki, ölkəmizdə bəzi rəhbərlər düşünür ki, HR mütəxəssisləri, sadəcə kargüzarlıqla məşğul olmalıdır"

  • Əsas səhifə
  • Məqalələr
  • 0 Komment
  • 28 İyul 2023

Leyla Novruzova: "Təəssüf ki, ölkəmizdə bəzi rəhbərlər düşünür ki, HR mütəxəssisləri, sadəcə kargüzarlıqla məşğul olmalıdır"

HR sahəsi üzrə tanınmış mütəxəssis, BP-nin baş ofisində məsul vəzifədə çalışan, hər bir azərbaycanlının fəxr edəcəyi Leyla xanım Novruzova mks.az saytının HR işilə bağlı cavablandırdığı sualları təkrar olaraq həmkarlarımızın diqqətinə çatdırırıq...

  - Sizin HR sahəsində xarici təcrübəniz olduğunu əsas tutaraq bu sualı vermək istəyirik. Son zamanlar belə fikir formalaşıb ki, ölkəmizin HR sistemi normal inkişaf etmiş ölkələrdən çox geri qalır. Sizcə, doğrudan da vəziyyət belədir?

- Bəli, düzgün fikirdir. SSRİ dağılandan elə də çox vaxt keçməyib, HR sistemlərində sovetin havası hələ də qalır. Xatırlayırsınızsa, o zamanlar indiki HR sisteminə kargüzarlıq kimi baxırdılar. Həmin vaxtlarda indiki HR mütəxəssislər daha çox sənədlərin doldurulması (əmək kitabçaları, qeydiyyat kitablarının və əmrlərin yazılması və s.) işlərilə məşğul idilər. İnkişaf etmiş ölkələrdə HR mütəxəssisi təmsil etdiyi təşkilatın işçilərinin inkişafına cavabdehdir. HR mütəxəssisinin vəzifələri düzgün işçi seçimi, işçinin inkişafını təmin edilməsi, düzgün vəzifələrə təyin olunması və nəhayət kadr axının qarşısını almaqdır. Bu səbəbdən də, HR mütəxəssisi strateji düşünməlidir ki, şirkəti gücləndirmək üçün hansı addımlar atsın. Sənədləşmə və inzibati işlərlə məşğul olmaq HR mütəxəssisinin yox, onun tabeçiliyində olan işçilərin vəzifəsi olmalıdır. 3 ilə yaxın “AmCham Azerbaijan”ın HR komitəsinə rəhbərlik etmişəm.  İctimai əsaslarla calışdığım bu vəzifədə məqsədim xarici ölkələrdə qazandığım bilikləri yerli HR mütəxəssislərinə çatdırmaq idi. “AmCham”a üzv olan təşkilatların bəzilərinin bu sahədəki mütəxəssisilərinin yüksək bilikləri olsa da, bəziləri baza biliklərinə malik idi. O zaman HR komitəsinin köməyi ilə bir çox müəssisələrdə düzgün HR sisteminin formalaşdırılmasını təmin etdik. Sualınıza cavaba olaraq onu da deyim ki, əvvəlki dövrə nisbətən müsbətə doğru çox dəyişikliklər olub.

- Leyla xanım, sözünüzə qüvvət, sovet dövründə müəssisə rəhbərləri HR mütəxəsisilərinə “kargüzar” kimi baxılırdır. Bəs indi necədir? Rəhbərlərin baxışı çoxmu dəyişib?

- Fikrimcə, şəffaf və düzgün fəaliyyət göstərən istənilən təşkilatın rəhbəri HR sisteminin güclü olmasında maraqlıdır və o, idaretmə ilə bağlı qərarların verilməsində HR mütəxəssisinin iştirakını məmnuniyyətlə təmin edər. Cünki hər bir təşkilat üçün ən vacib məsələ insan kapitalıdır. Yaxşı maliyyə dayağı və düzgü biznes fəaliyyəti olan təşkilatda işçilər düzgün seçilməzsə və uyğun vəzifələrə təyin olmazsa, bu şirkətin ömrünün qısa olacağı şübhəsizdir. Düzgün qeyd edirsiniz, təəssüf ki, ölkəmizdə bəzi rəhbərlər düşünür ki, HR mütəxəssisləri, sadəcə kargüzarlıqla məşğul olmalıdır. Sovet dövrünün təsirindən çıxıb qərbyönümlü idarəetmə sistemini tətbiq edən təşkilatlarda artıq bu yanaşmalar aradan qaldırılıb. Təbii ki, bu məsələdə HR mütəxəssisinin bilik və bacarığı da əsasdır. HR mütəxəssisinin düzgün strateji baxışı və düzgün işçi seçimi qabiliyyəti olmalıdır. O halda rəhbərlik düşünəcək ki, HR mütəxəssisinin düzgün seçimi nəticəsində təyin olunan işçi onun biznes gəlirlərin artmasında və şirkətin inkişafında faydalı oldu. Yekun olaraq, bildirmək istəyirəm ki, hər bir təşkilatda HR sisteminin güclü inkişafı rəhbərlik qədər HR mütəxəsssisindən də asılıdır.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir), 012-564-86-85 və ya mksacademy2022@gmail.com

Bütün kitabların satışı yalnız kitabxanalar kitabxanalar vasitəsiylə həyata keçirlə bilər
1. PMS Sertifikatı (II mərhələ) - Test və tapşırıqlar toplusu - 2023 - YENİ 

2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (III nəşr) -2023  

3. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2023 

4. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023

5. Əmək Qanunvericiliyi Toplusu 2023

6. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) 2023

7. A-dan Z-yə: Kargüzarlıq (V nəşr) 2023

8. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 2022

9. Mühasibat uçotu 2022

10. ƏMAS platforması A-dan - Z-yə 2022

0 Komment

    Şərh yazın

    Son məqalələr

    06 Oktyabr 202623:21

    SƏTƏM mütəxəssisi ilə bağlı işçi sayına görə hansı tələblər müəyyən edilib?

    06 Oktyabr 202622:04

    “MKS Academy” tərəfindən 2026-cı ilin sentyabr ayında keçirilmiş təlimlərin iştirakçıları haqqında məlumat

    06 Oktyabr 202609:14

    Əmək müqaviləsinin bağlanması zamanı işə qəbul əmri mütləq tələbdir?

    05 Oktyabr 202608:53

    Hamiləliyə və doğuma görə müavinətin misalla izahı (YENİ QAYDA)

    Populyar məqalələr

    14 Sentyabr 202617:54

    Sabahdan dövlət qurumlarında iş rejimi dəyişir - 30 faiz tələbi müəyyən edildi

    02 Oktyabr 202614:08

    Prezidentdən minimum əməkhaqqının artırılması ilə bağlı göstəriş

    09 Sentyabr 202611:01

    Saxta xəstəlik sənədləri əsasında müavinət ödənişləri: cinayət işi açılıb

    08 Sentyabr 202609:29

    İstifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın hesablanması zamanı sonuncu əməkhaqqı müqayisəsi həyata keçirilməlidirmi?

    Populyar Teqlər

    • Vergi işi
    • Əməyin uçotu
    • Sual-cavab
    • Mühasibatlıq
    • Nəşrlərdən seçmələr

    Xəbərlər

    Məqalələr

    SƏTƏM mütəxəssisi ilə bağlı işçi sayına görə hansı tələblər müəyyən edilib?.

    • 06 Oktyabr 2026

    Təlimlər

    “MKS Academy” tərəfindən 2026-cı ilin sentyabr ayında keçirilmiş təlimlərin iştirakçıları haqqında məlumat.

    • 06 Oktyabr 2026

    Məqalələr

    Əmək müqaviləsinin bağlanması zamanı işə qəbul əmri mütləq tələbdir?.

    • 06 Oktyabr 2026

    Məqalələr

    Hamiləliyə və doğuma görə müavinətin misalla izahı (YENİ QAYDA).

    • 05 Oktyabr 2026

    Sosial

    Prezidentdən minimum əməkhaqqının artırılması ilə bağlı göstəriş.

    • 02 Oktyabr 2026

    Məqalələr

    İş vaxtının cəmlənmiş uçotu və növbəli iş rejimində istirahət günü üzrə əməkhaqqı necə hesablanır? (Misallarla izah).

    • 02 Oktyabr 2026

    Məqalələr

    İş ilinin ilk yarısında işçinin staja görə əlavə məzuniyyət hüququ yaranırsa, hesablama necə həyata keçirilir?.

    • 01 Oktyabr 2026

    Məqalələr

    Məzuniyyət dövrü bayram gününə təsadüf edirsə, uzadılma necə olacaq? (Misallarla izah).

    • 30 Sentyabr 2026

    Məqalələr

    İntizam tənbehinin verilməsi zamanı nələr gözlənilməlidir?.

    • 29 Sentyabr 2026

    Məqalələr

    Xəstəlik vərəqəsinə görə ödənilən müavinətdən gəlir vergisi tutulurmu?.

    • 28 Sentyabr 2026

    Məqalələr

    Dövlət Əmək Müfətişliyi Xidməti son vaxtlar hansı pozuntulara görə cərimələr tətbiq edir?.

    • 28 Sentyabr 2026

    Məqalələr

    İş vaxtının cəmlənmiş uçotunda əməkhaqqı necə hesablanır? (MİSALLARLA İZAH).

    • 25 Sentyabr 2026

    blog

    Faydalı Linklər

    • Vergi işi
    • Mühasibatlıq
    • İnsan Resursları
    • Maliyyə
    • Sual-cavab

    Sosial Media

    • Facebook
    • Twitter
    • Instagram

    MKS.AZ Bütün hüquqlar qorunur