Əlaqə

050-368-12-72

Bizə yazın

mksacademy2022@gmail.com

Bakı şəhəri, Caspian Plaza, Lotfi Zadeh Technology Center, 17-ci mərtəbə
  • Xəbərlər
    • Vergi işi
    • İqtisadi
    • Maliyyə
    • Sosial
  • İnsan resursları
    • Sual-cavab
    • Nəşrlərdən seçmələr
    • Məqalələr
    • Qanunvericilik
    • Nəşrlər
  • Mühasibatlıq
    • Sual-cavab
    • Təlimlər
    • Nəşrlər
    • Məqalələr
    • Rəsmi sənədlər
  • Vergi
    • Sual-cavab
    • Nəşrlərdən seçmələr
    • Məqalələr
  • Məhsullarımız
    • Kitablar
    • Təlimlər
    • Jurnal
    • Konsaltinq
  • Haqqımızda
  • 050-368-12-72

    mksacademy2022@gmail.com

    Bakı şəhəri, Caspian Plaza, Lotfi Zadeh Technology Center, 17-ci mərtəbə

Müəssisədaxili intizam qaydaları tərtibində ən çox yol verilən səhvlər

  • Əsas səhifə
  • Məqalələr
  • 0 Komment
  • 18 İyul 2023

Müəssisədaxili intizam qaydaları tərtibində ən çox yol verilən səhvlər

Satışı davam edən "A-dan Z-yə: Kargüzarlıq" (V nəşr) kitabından seçmə

Qaydaların tərtibində məzmunla bağlı ən çox rast gəlinən səhvlərdən biri belə sənədin Əmək Məcəlləsinin müvafiq maddələrinin köçürülməsi (copy-paste) əsasında formalaşdırılmasıdır ki, bu yolverilməzdir. Çünki bu halda qaydaların tətbiqinin heç bir praktiki əhəmiyyəti olmur. Əgər işçi ilə işəgötürən arasında yuxarıda qeyd etdiyimiz nümunələrdə göstərilən səbəblərdən əmək mübahisəsi yaranacaqsa, o zaman belə qaydaların heç bir faydası olmayacaq. 
Təcrübədə əmək qanunvericiliyinə zidd olan müəssisədaxili intizam qaydalarının tərtibinə də rast gəlinir. Bəzi işəgötürənlər hesab edirlər ki, qanunvericilikdə işçilərlə bağlı müəyyənləşdirilmiş normaları məhdudlaşdıraraq tətbiq edə bilərlər. Belə səhvlərə bariz nümunələr kimi, işçilərin məzuniyyət hüququnun pozulması (əmək məzuniyyətinin hissə-hissə verilməsinin qadağan edilməsi), qanunvericilikdə nəzərdə tutulmayan intizam tənbehi tədbirlərinin tətbiqi (kollektiv müqavilə olmayan müəssisələrdə cərimə kimi əmək haqqıdan tutulmalar həyata keçirilməsi), sınaq müddəti dövründə işçi ilə əmək müqaviləsi bağlanılmaması və 6 günlük iş həftəsində işçinin iş saatlarının həftəlik normadan (40 saatdan) çox təsbit edilməsini misal göstərmək olar.
Qaydaların tətbiqi ilə bağlı ən çox rast gəlinən səhvlərdən biri də işçilərin sənədlə tanış edilməməsidir. Yaxşı olar ki, müəssisənin hər biri işçisi qaydaları tam şəkildə oxuduqdan sonra sənədlə tanış olduğunu imzası ilə təsdiq etsin. Düzdür, əmək qanunvericiliyində bu barədə hər hansı birbaşa müddəa yoxdur, “İşəgötürənin əsas vəzifələri və məsuliyyəti” adlı 12-ci maddədə də işəgötürənin üzərinə işçiləri qaydalarla tanış etmək öhdəliyi qoyulmayıb. Ancaq Əmək Məcəlləsinin 10-cu maddəsində əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrindən biri “əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək”dir (“b” bəndi). Eyni zamanda, Məcəllənin 11-ci maddəsi ilə işəgötürənə “işçilər əmək müqaviləsinin şərtlərini, müəssisədaxili intizam qaydalarını pozduqda qanunvericiliklə müəyyən olunmuş qaydada onları intizam məsuliyyətinə cəlb etmək” (“d” bəndi) hüququ verilib.
Bütün bu deyilənləri nəzərə alaraq, qaydaların sonuna tanışlıq vərəqinin əlavə edilməsi məqsədəuyğun olardı. Əmək müqaviləsi imzalamış işçilər işə başlamazdan öncə mütləq imza atmaqla sənədlə tanış edilməlidir. Bundan əlavə, sənədin iş yerində bütün işçilər üçün əlçatan, görünən yerdə asılması vacibdir ki, işçilər ehtiyac duyduqları vaxt qaydalara təkrar nəzərə yetirə bilsinlər. Tanışıq vərəqinə gəlincə, onun qaydaların əlavəsi kimi təsdiq edilməsi tövsiyə olunur.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir), 012-564-86-85 və ya mksacademy2022@gmail.com

Bütün kitabların satışı yalnız kitabxanalar kitabxanalar vasitəsiylə həyata keçirlə bilər
1. PMS Sertifikatı (II mərhələ) - Test və tapşırıqlar toplusu - 2023 - YENİ 

2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (III nəşr) -2023  

3. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2023 

4. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023

5. Əmək Qanunvericiliyi Toplusu 2023

6. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) 2023

7. A-dan Z-yə: Kargüzarlıq (V nəşr) 2023

8. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 2022

9. Mühasibat uçotu 2022

10. ƏMAS platforması A-dan - Z-yə 2022

0 Komment

    Şərh yazın

    Son məqalələr

    10 İyun 202611:13

    Məzuniyyət zamanı niyə həmişə “sonuncu əmək haqqı” anlayışı tətbiq edilməlidir?

    09 İyun 202610:31

    Bayramdan öncəki iş gününün müddətinin 1 saat qısaldılması ilə bağlı hansı fərqli yanaşma oldu?

    08 İyun 202609:01

    İşəgötürənin vergi sirrini yaymaq halında əmək müqaviləsinə 70-ci maddəsinin “ç” bəndi ilə xitam veriləcək?

    Populyar məqalələr

    19 May 202612:18

    RƏSMİ! Baş nazir Əli Əsədov müavinətlərlə bağlı yeni qaydaların qüvvəyə minmə tarixini təsdiqlədi

    18 May 202615:31

    Hamiləliyə və doğuma görə müavinətin proaktiv hesablanması ilə bağlı bildiriş forması təqdim edilir (FORMA)

    26 May 202610:26

    ƏMAS Platformasında YENİLİK! Qismən sosial ödənişli məzuniyyət əmri ilə bağlı MƏHDUDİYYƏT

    21 May 202612:01

    YENİLİK! ƏMAS altsistemində tərtib olunan sosial məzuniyyət əmri e-gov.az portalına avtomatik əks olunur

    Populyar Teqlər

    • Vergi işi
    • Əməyin uçotu
    • Sual-cavab
    • Mühasibatlıq
    • Nəşrlərdən seçmələr

    Xəbərlər

    Məqalələr

    Məzuniyyət zamanı niyə həmişə “sonuncu əmək haqqı” anlayışı tətbiq edilməlidir?.

    • 10 İyun 2026

    Məqalələr

    Bayramdan öncəki iş gününün müddətinin 1 saat qısaldılması ilə bağlı hansı fərqli yanaşma oldu?.

    • 09 İyun 2026

    Məqalələr

    İşəgötürənin vergi sirrini yaymaq halında əmək müqaviləsinə 70-ci maddəsinin “ç” bəndi ilə xitam veriləcək?.

    • 08 İyun 2026

    Məqalələr

    Distant iş forması əmək şəraitinin əlavə şərti hesab olunacaq? (3 VACİB MƏQAM).

    • 05 İyun 2026

    Məqalələr

    Hansı hallarda ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər 8 faiz əvəzinə 6 faiz vergi ödəyəcəklər?.

    • 04 İyun 2026

    Məqalələr

    Müavinətlə bağlı Nazirlər Kabinetinin 31 nömrəli qərarı ilə bağlı yeni dəyişiklik: tətbiq tarixi rəsmiləşdirildi? (YENİ).

    • 04 İyun 2026

    Məqalələr

    İşçi istifadə edilməmiş məzuniyyətə görə kompensasiya aldıqda, gəlir vergisi necə hesablanacaq?.

    • 03 İyun 2026

    Məqalələr

    Hansı halda arayış və rəy olmadan işə qəbul qadağan edilir? (YENİ).

    • 03 İyun 2026

    Məqalələr

    Vergi Məcəlləsinin 102.5-ci maddəsinə uyğun tətbiq edilən 50 manatlıq güzəştlə bağlı VACİB MƏQAMLAR.

    • 02 İyun 2026

    Məqalələr

    Qadın və kişilərə eyni əməkhaqqı verilməlidir? (YENİ).

    • 02 İyun 2026

    Məqalələr

    Hansı halda işçi öz ərizəsi ilə işdən çıxdıqda hesablanan ödənişdən gəlir vergisi hesablanmayacaq? (YENİ).

    • 01 İyun 2026

    Xəbərlər

    Hansı halda işçini işə qəbul etdikdə narkoloji müayinə tələb ediləcək? (YENİ).

    • 01 İyun 2026

    blog

    Faydalı Linklər

    • Vergi işi
    • Mühasibatlıq
    • İnsan Resursları
    • Maliyyə
    • Sual-cavab

    Sosial Media

    • Facebook
    • Twitter
    • Instagram

    MKS.AZ Bütün hüquqlar qorunur