Tural Məmmədovun təqdimatında: İşçilərin xidməti fəaliyyətinin qiymətləndirilməsi zamanı vacib məqamlar

AİRA-nın həmtəsiçisi və idarə heyətinin üzvü Tural Məmmədovun insan resurslarının idarə olunması ilə bağlı məqaləsini təqdim edirik

Bəzi əməkdaşların potensialları məhdud olur, onlar yalnız müəyyən işləri müəyyən qədər görə bilirlər. Həmin əməkdaşları aşkarlamaq üçün xidməti fəaliyyət qiymətləndirilməlidir. Xidməti fəaliyəti qiymətləndirərkən, həm peşəkarlıq, həm fərdi keyfiyyətlər ölçülməlidir. Göstəriciləri və potensialları müntəzəm olaraq aşağı olan əməkdaşları qurumda uzunmüddətli saxlamaq və hətta onlar üçün saxlanılma xərcləri etmək qurum üçün strateji və iqtisadi baxımdan səmərəli deyil. Bu kimi əməkdaşlar ya potensiallarına daha uyğun işlərlə təmin edilməli, yaxud da qurumdan münasib qaydada kənarlaşdırılmalıdır. Hətta nəticələri (xidməti və fərdi) tutduğu mövqedən irəli gələn tələblərə cavab verməyən əməkdaşların müvafiq qaydada intizam və əmək məsuliyyətinə cəlb edilməsi qaçılmazdır. Nəticələrində müsbət mənada fərqlənən əməkdaşlar və rəhbərlər isə mütləq mükafatlandırılmalıdır.

Əməkdaş və yaxud rəhbərlərə yeni layihələrdə, yeni missiyalarda öhdəliklər qoyan zaman, habelə islahatlar aparılarkən əvvəlcə heyyətə tapşırıqların icrası üçün lazım olan məlumatları, bilikləri, bacarıqları, norma və tələbləri öyrətmək lazımdır. Məlumatsız, biliksiz, bacarıqsız, səriştəsiz komanda ilə və şəxslərlə ali məqsədlərə, konkret hədəflərə nail olmaq mümkün deyil (normal şərtlər daxilində). Odur ki, komandanı formalaşdırarkən daha potensiallı şəxslərə üstünlük verilməlidir. Sonra isə onlara yenə də korporativ ekosistemin tələblərinə görə yeni məlumatlar, bilikləri ötürmək lazımdır.

İstənilən halda daha bilikli, daha bacarıqlı əməkdaşlardan ibarət komanda ilə daha yaxşı nəticələrin alınması ehtimalı daha yuxarıdır. Odur ki, qurum öz əməkdaşlarının inkişafına sistemli qaydada yanaşmalı və investisiya qoymaqdan çəkinməməlidir.

Elə əməkdaşlar və rəhbərlər vardır ki, onlara investisiya qoymağın, onları təlimlərə göndərməyin, onları inkişaf etdirməyin faydası və nəticəsi olmur. Bunun üçün təlimlərdən əvvəl əməkdaşların düzgün şəkildə qiymətləndirilməsi, təlim tələblərinin xidməti fəaliyyətin qiymətləndirilməsinin nəticələrinə istinad edilməsi, həmçinin karyera inkişafı planlarına xidmət etməsi şərtdir.

Satışda olan YENİ nəşrlərimiz:

0 Komment

    Şərh yazın

    Xəbərlər