Əmək kitabçasının vaxtında təqdim edilməməsinə görə işçiyə əlavə ödəniş hesablana bilər?

Əmək kitabçasının vaxtında təqdim edilməməsinə görə işçiyə əlavə ödəniş hesablana bilər?

Satışı  yekunlaşmaqda olan “Əməyin uçotu: A-dan Z-yə” (III nəşr) kitabından seçmə

Təcrübədə rast gəlinən hallardan biri də, işəgötürənin üzrsüz səbəbdən işdən çıxan işçiyə əmək kitabçasını təqdim etməməsidir. Əmək Məcəlləsinin 172-ci maddəsinin (Əmək haqqının verilməsi müddətləri) 6-cı bəndində qeyd edilir ki, işçinin əmək kitabçasının işçiyə işdən çıxan gün təqdim olunması işəgötürənin təqsiri üzündən ləngidildikdə, işçiyə işə düzələ bilmədiyi bütün müddət üçün orta əmək haqqı ödənilməlidir.
Əmək Məcəlləsində bu maddədə qeyd edilən «işəgötürənin təqsiri» məfhumuna aydınlıq gətirilib. Bura əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməməsi aiddir. Bu qayda müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmət haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hallara şamil edilmir.
Mİsal 1.  İşəgötürən 30 sentyabr 2019-cu il tarixdə işdən azad olunan işçinin əmək kitabçasını işçiyə təqdim etmir. Səbəb mühasibatlıq tərəfindən son haqq-hesabın vaxtında həyata keçirilməməsidir. Bu səbəbdən işçi digər iş yerində işə düzələ bilmir və işçinin yeni iş tapması müddəti 1 ay çəkir. Bu halda ona bir aylıq orta əmək haqqı ödənilməlidir.
Mİsal 2. İşəgötürən cari hesabının olduğu bankın müflisləşməsi səbəbindən əmək haqlarını vaxtında verə bilmir. Bu səbəbdən işçi ilə son haqq-hesabın aparılması ləngiyir və əmək kitabçası vaxtında təqdim olunmur. Bankın müflisləşməsi işəgötürənin təqsiri hesab edilmədiyindən işçiyə orta aylıq əmək haqqı ödənilməsi məcburiyyəti yaranmır.

Satışda olan YENİ nəşrlərimiz:

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər