Orta əmək haqqının hesablanması hansı hallarda tətbiq edilir? (11 Maddə)

Satışı yekunlaşmaqda olan “Əməyin uçotu: A-dan Z-yə” (III nəşr) kitabından seçmə

Əmək Məcəlləsin 179-cu maddəsin əsasən, orta əmək haqqının hesablanması aşağıdakı hallarda tətbiq edilir:

  1. Başqa işə keçirilmə müddətində işçinin əməyi görülən işin müqabilində, lakin əvvəlki orta əmək haqqıdan aşağı olmamaqla ödənildikdə - Maddə 60;
  2. İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda işdənçıxma müavinəti ödənilərkən - Maddə 77;
  3. Müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (Əmək Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər) işdənçıxma müavinəti ödənilərkən - Maddə 77;
  4. İşçi hərbi və ya alternativ xidmətə çağırıldıqda işdənçıxma müavinəti ödənilərkən - Maddə 77;
  5. Qanunvericiliklə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar işçi əmək funksiyasını yerinə yetirə bilmədikdə işdənçıxma müavinəti ödənilərkən - Maddə 77;
  6. İşçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə işdənçıxma müavinəti ödənilərkən - Maddə 77;
  7. Əmək şəraitinin şərtlərinin dəyişdirilməsi halında işdənçıxma müavinəti ödənilərkən - Maddə 77;
  8. İşləməklə yanaşı təhsil alan işçilərə ödənişli təhsil məzuniyyətləri verilərkən - Maddə 123;
  9. Yeni istehsalın (məhsul buraxılışının) başlandığı gündən onun tam mənimsənildiyi dövr ərzində işçilərin əmək haqqının miqdarı əvvəlkindən az olarsa, onların əvvəlki orta əmək haqqı saxlandığı hallarda - 170-ci maddə;
  10. İşçinin əmək kitabçasının Əmək Məcəlləsi ilə müəyyən edilmiş vaxtda verilməsi işəgötürənin təqsiri üzündən ləngidildikdə, işçiyə işə düzələ bilmədiyi bütün müddət üçün orta əmək haqqı ödənildiyi hallarda - 172-ci maddə;
  11. Qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada dövlət və ictimai vəzifələrin yerinə yetirilməsinə cəlb edildiyi müddət ərzində iş yeri, vəzifəsi (peşəsi) saxlanılmaqla ona orta əmək haqqı ödənildiyi hallarda - 179-cu maddə

    Satışda olan YENİ nəşrlərimiz:

0 Komment

    Şərh yazın

    Xəbərlər