Yüksək əmək məzuniyyəti olan işçiyə xitam zamanı niyə 30 və ya 21 gün əsas məzuniyyət hesablanır?

Yüksək əmək məzuniyyəti olan işçiyə xitam zamanı niyə 30 və ya 21 gün əsas məzuniyyət hesablanır?

Satışı  yekinlaşmaqda olan “Əməyin uçotu: A-dan Z-yə” (III nəşr) kitabından seçmə

Əmək Məcəlləsinin 118, 119, 120 və 121-ci maddələrinə uyğun fərqli əmək məzuniyyəti olan işçilərin əmək müqaviləsinə xitam zamanı əsas məzuniyyətin hesablanmasının əsaslarına aydınlıq gətirək. Əmək Məcələsinin 112-ci maddəsində əmək məzuniyyətinin əsas və əlavə məzuniyyətlərdən ibarət olması qeyd edilib. Əsas məzuniyyətlərin müddətlərinə Əmək Məcəlləsinin 114-cü maddəsində aydınlıq gətirilib. Əmək Məcəlləsinin 114-cü maddəsinin ikinci və üçüncü hissəsinə müvafiq olaraq əsas məzuniyyətin müddəti 21 və 30 gün olaraq müəyyən olunub. 
Göründüyü kimi, əsas məzuniyyət müddəti ya 21, ya da 30 gündən ibarət olmalıdır. Əmək Məcəlləsininin 118, 119, 120 və 121-ci maddələri üzrə müəyyən edilən məzuniyyət əsas məzuniyyət yox, əmək məzuniyyətidir. Əmək məzuniyyəti əsas və əlavə məzuniyyətlərdən ibarət olduğu üçün əmək məzuniyyətinin 21 və ya 30 günlük əsas məzuniyyətdən artıq müəyyən edilən hissəsi birmənalı olaraq əlavə məzuniyyət hesab edilir. Doğrudur, əlavə məzuniyyət günləri Əmək Məcəlləsinin 115, 116 və 117-ci maddələrinə uyğun müəyyən edilir. Amma Əmək Məcəlləsinin 118, 119, 120 və 121-ci maddələri ilə tənzimlənən əmək məzuniyyəti həmin kateqoriya aid edilən işçilərə yüksək əlavə məzuniyyətlər hesablanmaqla müəyyən edilib. O səbəbdən də, Əmək Məcəlləsinin 115, 116 və 117-ci maddələrinə uyğun hesablanan əlavə məzuniyyətlər Məcəllənin 118, 119, 120 və 121-ci maddələri ilə müəyyən edilən əmək məzuniyyətlərində nəzər alınmır.
Əmək Məcəlləsinin 144-cü maddəsinin ikinci hissəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Maddədən göründüyü kimi, “əsas məzuniyyətlərə görə pul əvəzi” ifadəsindən istifadə edilib. Qeyd etdiyimiz kimi, əsas məzuniyyət günləri əsas və əlavədən ibarət olduğu üçün, Əmək Məcəlləsinin 118-ci, 119-cu, 120-ci və 121-ci maddələri ilə əmək məzuniyyəti müəyyən edilən işçilərə mütləq əsas məzuniyyət günü müəyyənləşdirilməlidir.

 

 Satışda olan YENİ nəşrlərimiz:

 

0 Komment

    Şərh yazın

    Xəbərlər