İşçı ilk iş ilinin 7-ci ayında əsas məzuniyyətindən tam istifadə edə bilər?

İşçı ilk iş ilinin 7-ci ayında əsas məzuniyyətindən tam istifadə edə bilər?

Satışı yekunlaşmaqda olan "Əməyin uçotu: A-dan Z-yə" (III nəşr) kitabından seçmə

Əmək Məcəlləsinin 131-ci maddəsinin ikinci hissəsinə görə, işçiyə altı ay işlədikdən sonra birinci iş ili bitənədək əmək məzuniyyəti ərizəsi əsasında işəgötürənlə razılaşdırıldığı vaxtda verilə bilər.
Bu maddədə diqqət yetiriləsi əsas məqam odur ki, işçi 6 ay işlədikdən sonra ona iş ilinin sonunu gözləmədən uzunmüddətli məzuniyyət vermək mümkündür. Bəzi mütəxəssislər hesab edirlər ki, işçi iş ilini tam olaraq çalışmalıdır ki, sonra əmək məzuniyyəti hüququndan istifadə edə bilsin. İşçi 7-ci ayda əmək məzuniyyətindən istifadə üçün müraciət etdiyi halda, işəgötürən bildirə bilər ki, onun iş ilinə 21 və ya 30 gün məzuniyyət planlaşdırdığı üçün yeddinci ayda məzuniyyət vermək istəmir. Amma maddədə qeyd edilib ki, işçiyə birinci iş il üzrə əmək məzuniyyətinin verilməsi tərəflərin razılığı ilə iş ili bitənədək verilə bilər.
Müəyyən istisnaları nəzərə almasaq, işçinin əmək məzuniyyətinə göndərilməsi üçün iki halın olması mütləqdir. Birincisi, işçi məzuniyyətdən istifadə etmək üçün mütləq ərizə yazmalıdır. İşəgötürən işçinin ərizəsi (razılığı) olmadan, onu əmək məzuniyyətinə göndərə bilməz.
İkincisi isə, işçinin məzuniyyət hüququndan istifadəsinə işəgötürənin razılıq verməsidir. İşçi ilk iş ilində 6 ay keçdikdən sonra istədiyi vaxt ərizə yazıb əmək məzuniyyətinə çıxa bilməz.

0 Komment

    Şərh yazın