Orta əmək haqqını iki yox üç üsulla hesablamaq mümkündür?

Orta əmək haqqını iki yox üç üsulla hesablamaq mümkündür?

Satışı yekunlaşmaqda olan “Əməyin  uçotu: A-dan Z-yə” (III nəşr) kitabından seçmə

İndi isə misal üzərindən Əmək Məcəlləsinin 177-ci maddəsinin tələbləri üzrə orta əmək haqqının hesablanmasını izah edək:

Birinci variant.

Mİsal. Aylıq əmək haqqı 400 manat olan işçi 30 oktyabr 2019-cu il tarixdə qan verdiyi üçün bir gün müddətində işdən azad olunub. İşçinin avqust və sentyabr aylarında əmək haqqı 400 manat və 450 manat təşkil edib. İşçinin bir günə düşən orta əmək haqqını hesablayarkən onun avqust və sentyabr ayları üzrə əmək haqları toplanaraq, müvafiq aylardakı iş günlərinin sayına bölünür.

Orta əmək haqqı = (400 manat (avqust ayı üzrə əmək haqqı) +  450 manat (sentyabr ayı üzrə əmək haqqı)) / (20 iş günü (avqust ayı üzrə iş günlərinin sayı) + 21 iş günü (sentyabr ayı üzrə iş günlərinin sayı) = 20,73 manat.

İndi isə işçinin oktyabr ayı üzrə əmək haqqını hesablayaq:

Aylıq əmək haqqı =  Oktyabr ayında işlədiyi günlərə görə əmək haqqı + 1 günlük əmək haqqı = (400  x 22 iş günü) / 23 günü (oktyabr ayı üzrə iş günlərinin sayı) + 20.73 manat (1 günlük orta əmək haqqı) = 382.61+20.73= 403.34 manat.

İkinci variant.

Bu variant əsasən işdənçıxma müavinətinin ödənilməsi zamanı tətbiq olunur.

Mİsal. İşçi 15 oktyabr 2022-ci il tarixdə vəfat etdiyi üçün  əmək müqaviləsinə xitam verilib.  İşçinin avqust və sentyabr aylarında əmək haqqı 400 manat və 450 manat təşkil edib.

Müavinətin hesablanması üçün orta əmək haqqının hesablanması əvvəlki iki ayın əmək haqları toplanaraq 2-yə bölünür.

Orta aylıq əmək haqqı = ((sentyabr ayı üzrə əmək haqqı) + (avqust ayı üzrə əmək haqqı)) / 2 = (400 + 450) / 2 = 425 manat.

İşçinin vəfatı ilə bağlı ödəniləcək dəfn müavinəti 1 275 manat (425 manat x 3 misli) təşkil edəcək.

Qeyd edək ki, orta əmək haqqı hesablanarkən Nazirlər Kabinetinin 126 saylı qərarının tələbləri nəzərə alınmalıdır.

Bir məsələni nəzərə almağınızı tövsiyə edirik. İkinci variant təcrübədə istifadə edilsə də, əmək qanunvericiyində bu cür hesablama ilə bağlı konkret istinad yoxdur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək siyasəti şöbəsinin müdiri Əbülfət Məhərrəmov əmək qanunvericiliyində orta aylıq əmək haqqının hesablanmasına aydınlıq gətirib: “Əmək Məcəlləsində orta aylıq əmək haqqının hesablanması iki istiqamət üzrə həyata keçirilir.

Birincisi, əmək məzuniyyətinin hesablanması zamanı əvvəlki 12 ayın gəlirləri əsas götürülməlidir. İkinci halda əmək məzuniyyətindən başqa digər hesablamalar zamanı əvvəlki 2 ayın gəlirləri əsas götürülür. Əmək Məcəlləsinin 177-ci maddəsinə uyğun olaraq orta aylıq əmək haqqının hesablanmasında bir təqvim gününə yox, bir iş gününə əsasən hesablama aparılır. Əvvəlki iki ayın gəlirləri toplanaraq həmin aylara düşən iş günlərinin sayına bölünür. Bu cür hesablamlar təhsil məzuniyyət ilə yanaşı, qanunvericiliklə orta əmək haqqının saxlandığı dövrlərə də şamil olunur.”

Amma təcrübədə ən çox sual yaradan hallardan biri də, işəgötürən tərəfindən əmək müqaviləsinə xitam veriləndə ödənilən müavinətlər zamanı orta aylıq əmək haqqının hesablanmasıdır. 2 aylıq müavinət ödəniləcək işçi işdən çıxdığı üçün onun orta aylıq əmək haqqının saxlanıldığı dövr olmur. Bu zaman sual yaranır ki, Məcəllədə bu cür hallarda orta əmək haqqının hesablanması qaydası olmadığından hesablama necə aparılmalıdır?

Nazirlik izahat verir ki, bu halda əvvəlki 2 aylıq gəliri iş günlərinin sayına bölməyə ehtiyac yoxdur. İşçiyə son 2 aydakı qazancı iki aylıq müavinət kimi ödənilməlidir. 3 aylıq müavinət ödənildikdə son iki aylıq qazanc 2-yə bölünməklə, alınan məbləğ 3-ə vurulmalıdır.

Üçüncü variant.

Mİsal 3. İşçi 10 mart 2022-ci il tarixdə vəfat edir. İşçinin yanvar və fevral ayları üzrə orta aylıq əmək haqqı müvafiq olaraq 600 manat və 700 manat olub. 2022-ci ilin yanvar və fevral aylarında iş günlərinin sayının müvafiq olaraq 18 iş günü və 20 iş günü olmasını nəzərə alsaq, Əmək Məcəlləsinin 177-ci maddəsinin tələblərinə əsasən, bir iş gününə düşən orta əmək haqqı 34,21 manat ( (600 manaat (yanvar ayı üzrə orta əmək haqqı) + 700  manat (fevral ayı üzrə orta əmək haqqı)/ (18 iş günü (yanvar ayı üzrə iş günlərinin sayı) + 20 iş günü (fevral ayı üzrə iş günlərinin sayı)) təşkil edəcək. Əmək Məcəlləsinin 77-ci maddəsinin yeddinci hissəsinə əsasən, işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə vəfat edənin vərəsələrinə orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinət ödənilir. Bu zaman işəgötürən bir iş gününə düşən orta əmək haqqını 2022-ci il üzrə orta aylıq iş günlərinin sayına vurur və sonra həmin məbləğin üç mislini tapmaqla vəfata görə işdənçıxma müavinətini hesablayır.

Misalımıza uyğun işdənçıxma müavinəti 2060,81 manat (34, 21 manat (bir iş gününə düşən orta aylıq əmək haqqı) x 20,08 iş günü (2022-ci il üzrə istehsalat təqvimində orta aylıq iş günlərinin sayı) x 3 (Əmək Məcəlləsinin 77-ci maddəsinə əsasən əmək haqqının misli)) təşkil edəcək.

 

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir), 012-564-86-85 və ya [email protected]

1. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2023

2. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023

3. Əmək Qanunvericiliyi Toplusu 2023

4. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) 2023

5. A-dan Z-yə: Kargüzarlıq (V nəşr) 2023

6. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 2022

7. Mühasibat uçotu 2022

8. ƏMAS platforması A-dan - Z-yə 2022

 
 
 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər