Əmək müqaviləsinə düzəliş zamanı dəyişikliklə bağlı daxil edilən yeni bölmə hansıdır?

Əmək müqaviləsinə düzəliş zamanı dəyişikliklə bağlı daxil edilən yeni bölmə hansıdır?

Satışı davam edən "ƏMAS Platforması: A-dan Z-yə" kitabından seçmə

ƏMAS altsistemində istənilən növ dəyişiklik həyata keçirildikdə, mütləq “Dəyişikliyin qüvvəyə minmə tarixi” bölməsində tarix qeyd edilməlidir.
Şəkildən göründüyü kimi, işəgötürən mütləq qeyd etməlidir ki, əmək müqaviləsinə etdiyi dəyişikliyin qüvvəyə minmə tarixi nə zamandır. Dəyişikliyin tarixi öncəki, cari və gələcək tarixlərə təsadüf edə bilər.

Mİsal 1. İşəgötürən 10 sentyabr 2022-ci il tarixdə əmr verir ki, işçilərin əmək haqları 1 sentyabr 2022-ci il tarixdən 20 faiz artırılsın. İşəgötürən həmin əmr üzrə məlumatı ƏMAS altsisteminə 10 sentyabr 2022-ci il tarixdə və ya sonrakı tarixlərdə qeyd etdiyi halda dəyişikliyin qüvvəyə minmə tarixi 1 sentyabr 2022-ci il tarixi kimi qeyd ediləcək:
Dəyişikliyin öncəki tarixdən qüvvəyə minməsi ilə bağlı bir incə məqama diqqət yetirək.
Mİsal 2. İşəgötürən 12 yanvar 2021-ci il tarixdə işə qəbul olunan işçi ilə bağlı əmək müqaviləsinə dəyişikliyi 31 avqust 2022-ci il tarixdə həyata keçirib. İşəgötürən 15 sentyabr 2022-ci ildə əmək müqaviləsinə yeni dəyişiklik edir və dəyişikliyin qüvvəyə minmə tarixini 1 avqust 2022-ci il kimi qeyd etmək istəyir. ƏMAS altsitemi dəyişikliyin son əmək müqaviləsinə dəyişiklikdən öncəki tarixdə olması ilə bağlı hər hansı məhdudiyyət tətbiq etmir.
Mİsal 3. İşəgötürən işçi ilə qarşılıqlı razılaşma əsasında onunla bağlanmış müddətsiz əmək müqaviləsini 15 sentyabr 2022-ci il tarixdən 1 illik müddətli əmək müqaviləsinə keçirir. Bu zaman işəgötürən ƏMAS altsistemində düzəlişin olduğu tarixi daxil edərsə, dəyişikliyin qüvvəyə minmə tarixini də cari tarix olaraq qeyd edəcək:

Mİsal 4. İşəgötürən 15 sentyabr 2022-ci il tarixdə qərar verir ki, 1 noyabr 2022-ci il tarixdən işçinin həftəlik iş rejimi 5 günlükdən 6 günlüyə keçirilsin. Bu zaman işəgötürən məlumatı 15 sentyabr 2022-ci il tarixdə ƏMAS altsisteminə işləsə də, məlumatın qüvvəyə minmə tarixini gələcək tarix – 1 noyabr 2022-ci il müəyyən edə bilər.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir), 012-564-86-85 və ya [email protected]

1. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023

2. Əmək Qanunvericiliyi Toplusu 2023

3. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) 2023

4. A-dan Z-yə: Kargüzarlıq (V nəşr) 2023

5. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 2022

6. Mühasibat uçotu 2022

7. ƏMAS platforması A-dan - Z-yə 2022

 
 
 
 
 
 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər