ƏMAS-a daxil edilən əmək müqaviləsi kağız formada imzalanmasa, cərimə tətbiq ediləcək?
Satışı yekunlaşmaqda olan "Əməyin uçotu: A-dan Z-yə" (III nəşr) kitabından seçmə
İşəgötürən işçi ilə bağlı məlumatları elektron informasiya sisteminə daxil edib, amma işçi ilə hər hansı rəsmiləşdirmə (kağız formada əmək müqaviləsi, əmr və s.) həyata keçirilməyib. Maraqlıdır ki, işəgötürənin bu hərəkəti əmək qanunvericiliyinin pozulması halı kimi qiymətləndirilib, ona inzibati cərimə tətbiq edilə bilər?
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsindəki inzibati xəta Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədiyi halda işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə tətbiq edilir. Amma mümkündür ki, işəgötürən tərəfindən elektron informasiya sisteminə məlumatların daxil edilməsi yalançı rəsmiləşdirmə olsun.
Misal üçün, pandemiya dövründə işsizlərə 190 manat məbləğin təyin edilməsi zamanı məlum oldu ki, bəzi şəxslər elektron informasiya sistemində “əmək müqaviləli” görünsələr də, onların iş yerləri haqqında hər hansı məlumatları yoxdur. O zaman dövlət qurumu tərəfindən araşdırma zamanı işçi qismində çıxış edən şəxslərin iddiaları təsdiqləndikdə, işəgötürənlərə inzibati cərimə tətbiq olundu. Tətbiq edilən inzibati cərimə Əmək Məcəlləsinin 192.1-ci maddəsinin tələblərinə tam uyğun olmasa da, təcrübədə tətbiq edilir.
Amma dövlət qurumunun araşdırması zamanı məlum olsa ki, işçinin sadəcə kağız formada rəsmiləşdirməsi (əmək müqaviləsi, əmr və sair) yoxdur, amma əmək münasibətləri ilə bağlı Əmək Məcəlləsinin tələblərinə riayət olunur, o halda inzibati protokol yox, pozuntunun aradan qaldırılması ilə bağlı göstəriş verilməsi gözləniləndir.
Satışda olan YENİ nəşrlərimiz:
Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir), 012-564-86-85 və ya [email protected]
1. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023
2. Əmək Qanunvericiliyi Toplusu 2023
3. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) 2023
4. A-dan Z-yə: Kargüzarlıq (V nəşr) 2023
5. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 2022
6. Mühasibat uçotu 2022
7. ƏMAS platforması A-dan - Z-yə 2022
0 Komment
Şərh yazın