Ezamiyyə prosesinin rəsmiləşdirilməsi necə aparılır? (Xidmət yazı + ƏMR - Nümunəvi formalar)

Ezamiyyə prosesinin rəsmiləşdirilməsi necə aparılır? (Xidmət yazı + ƏMR - Nümunəvi formalar)

Satışına START verilən Qalib Toğrulun müəllifi olduğu "A-dan Z-yə: Kargüzarlıq" (V nəşr) kitabından seçmə

Xidməti ezamiyyətə göndəriləcək işçi haqqında yazılan xidməti yazının təsdiq olunmuş forması olmadığından biz aşağıdakı belə sənədin formasını təqdim edirik. Siz müvafiq sətirləri doldurmaqla ezamiyyə üçün əsas verən uyğun xidməti yazı forması tərtib edə bilərsiniz.

_____________ direktoru
________________________
rəhbərin S.A.A
_______________________
struktur bölməsinin rəhbərinin vəzifəsi
_______________________
struktur bölməsinin rəhbərinin S.A.A.
tərəfindən

Xidməti yazı

İşçinin ezamiyyətə göndərilməsi haqqında

Ezamiyyətə göndərilməsi təklif edilən işçi: _____________________
                                                            soyadı, adı, atasının adı
Ezamiyyətə göndərilməsi təklif edilən işçinin vəzifəsi: ____________
Ezamiyyətin müddəti: ___ _________ 2019-cu ildən ____ __________ 2019-cu ilə kimi (cəmi ___ gün).
Xidməti tapşırığın məzmunu: ___________________________ _____________________________________________________ _____________________________________________________
Ezam olunacağı yaşayış məntəqəsi: _________________________ ________________ ___________ _____________________
                                                          struktur bölməsinin rəhbərinin vəzifəsi imzası soyadı, adı, atasının adı

Təşkilatın rəhbəri tərəfindən xidməti yazının üzərinə müsbət dərkənar qoyulduqdan sonra kadrlarla iş şöbəsi tərəfindən işçinin ezamiyyə əmrinin layihəsi hazırlanır və imzalanmaq üçün təqdim edilir. Yaxşı olar ki, əmrə əlavə kimi ezamiyyə xərclərinin smetası da təsdiq edilmək üçün hazırlansın.
Bir qayda olaraq təşkilatda aparılan vəzifə bölgüsünə görə, işçinin ezamiyyətə göndərilməsi ilə bağlı xərclərin ilkin smetasını mühasib tərtib edir və onu baş mühasiblə razılaşdırır. Razılaşdırmadan sonra smeta təsdiq olunmaq üçün təşkilatın rəhbərinə təqdim edilir. Ancaq prosedurların sayını azaltmaq və sadələşdirmək məqsədilə təklif edirik ki, xidməti ezamiyyə xərclərinin smetası əmrlə birgə təsdiq olunsun. Smetanın hazırlanmasını isə mühasibatlıq icra edə bilər.

 

Blank “Alov” MMC
ƏMR
№________
Yevlax şəhəri ____ ________________2019-cu il

İşçinin xidməti ezamiyyətə göndərilməsi haqqında

«Alov» MMC ilə “Atəş” MMC arasında bağlanılmış 15 dekabr 2018-ci il tarixli, 156/AS №-li alğı-satqı müqaviləsinə və “Alov” MMC-nin İnformasiya texnologiyları şöbəsinin müdiri Əliyev Nazim Kazım oğlunun “Atəş” MMC-də quraşdırılacaq avadanlıqlara proqram təminatının yazılması zərurəti barədə 12 avqust 2019-cu il tarixli xidməti yazısına uyğun olaraq

ƏMR EDİRƏM:

1. «Alov» MMC-nin İnformasiya texnologiyaları şöbəsinin aparıcı mütəxəssisi Sadıqov Qabil Cavad oğlu quraşdırılan avadanlıqlara proqram təminatı yazmaq məqsədilə 16 avqust 2019-cu il tarixdən 19 avqust 2019-cu il tarixinə kimi, 4 (dörd) gün müddətinə “Atəş” MMC-nin Bakı şəhərində yerləşən zavoduna ezam olunsun.
2. İşçinin xidməti ezamiyyət xərclərinin smetası təsdiq olunsun (Smeta əmrə əlavə olunur).
3. Baş mühasib Səlimova Sultanə Sabir qızı ezamiyyə xərclərinin smetasına uyğun olaraq işçiyə avans pulunun ödənilməsini həyata keçirsin.
4. Əmrin icrasına nəzarət Kadrlarla iş şöbəsinin müdiri Ağazadə Nazlı Həsənağa qızına həvalə olunsun.

Qoşma: Ezamiyyə xərclərinin smetası, 1 vərəq, 1 nüsxə.

Direktor ________ Nəbili N.N.

Əmrlə tanış oldum:

Baş mühasib___________Səlimova S.S.
Tarix: _____ _____________

İT şöbəsinin aparıcı mütəxəssisi___________Sadıqov Q.C.
Tarix: _____ _____________

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir), 012-564-86-85 və ya [email protected]

1. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023

2. Əmək Qanunvericiliyi Toplusu 2023

3. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) 2023

4. A-dan Z-yə: Kargüzarlıq (V nəşr) 2023

5. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 2022

6. Mühasibat uçotu 2022

7. ƏMAS platforması A-dan - Z-yə 202

 

0 Komment

    Şərh yazın