Müəssisədaxili intizam qaydaları necə təsdiq edilməlidir? (Nümünəvi forma)
Satışına START verilən "A-dan Z-yə: Kargüzarlıq" (V NƏŞR) kitabından seçmə
Müəssisədaxili intizam qaydaları müəssisənin nizamnaməsində (əsasnaməsində) nəzərdə tutulan qaydada təsdiq edilməlidir. Müəssisənin nizamnaməsində necə nəzərdə tutulmasından asılı olaraq bu tip qaydaların ümumi yığıncağın, kollegiyanın, təsisçilərin və ya direktorun qərarı ilə təsdiq edilməsi nəzərdə tutula bilər. Təcrübədə intizam qaydaları, təlimatlar və əsasnamələr kimi daxili sənədlərin direktorun əmri ilə rəsmiləşdirilməsinə daha çox rast gəlindiyinə görə, belə əmrin nümunəvi formasını təqdim edirik:
Blank “Alov” MMC
ƏMR
№________
Bakı şəhəri ____ ____________2023-cü il
Müəssisədaxili intizam qaydalarının təsdiqi haqqında
“Alov” MMC-də iş vaxtının rasional istifadəsi və əmək intizamının möhkəmləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 182-ci maddəsinə müvafiq olaraq
ƏMR EDİRƏM:
1. “Alov” MMC-nin “Müəssisədaxili intizam qaydaları” təsdiq edilsin, sənəd «__» _____________ 2023-cü il tarixdən qüvvəyə minsin (“Müəssisədaxili intizam qaydaları” əlavə olunur).
2. Kadrlarla iş şöbəsinin müdiri Ağazadə Nazlı Nüsrət qızı:
2.1. «__» _____________ 2023-cü ilədək “Alov” MMC-nin hər bir işçisini “Tanışlıq vərəqi”nə imza atmaqla “Müəssisədaxili intizam qaydaları” ilə tanış etdirin.
2.2. İşçilərin imzaladığı “Tanışlıq vərəqi”nin “Müəssisədaxili intizam qaydaları” ilə birlikdə saxlanılmasını təmin edin.
2.3. Bu tarixdən yeni işə qəbul olunmuş işçilərin işə başlamadan “Müəssisədaxili intizam qaydaları” ilə tanış olmasını həyata keçirin.
2.4. “Alov” MMC-nin bütün struktur bölmələrini “Müəssisədaxili intizam qaydaları”nın qanunvercilikdə nəzərdə tutulmuş qaydada təsdiq edulmiş surətləri ilə təmin edin.
2.5. 2 (iki) iş günü ərzində əmr “Alov” MMC-nin bütün struktur bölmələrinin işçilərinin diqqətinə çatdırılsın.
3. Əmrin icrasına nəzarəti öz üzərimdə saxlayıram.
Qoşma: Tikilmiş və nömrələnmiş “Müəssisədaxili intizam qaydaları”, 1 cild, 17 səhifə.
Direktor: ______________ Nəbili N.N.
Əmrlə tanış oldum:
_____________ Tarix: _________
Satışda olan YENİ nəşrlərimiz:
1. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023
2. Əmək Qanunvericiliyi Toplusu 2023
3. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) 2023
4. A-dan Z-yə: Kargüzarlıq (V nəşr) 2023
5. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 2022
6. Mühasibat uçotu 2022
7. ƏMAS platforması A-dan - Z-yə 2022
0 Komment
Şərh yazın