İşәgötürәn işçinin natamam iş vaxtı ilә bağlı әrizәsinə imtina vermək hüququna malikdir?

İşәgötürәn işçinin natamam iş vaxtı ilә bağlı әrizәsinə imtina vermək hüququna malikdir?

Satışına START verilən "Əməyin uçotu: A-dan Z-yə" (III nəşr) kitabından seçmə

Əvvəlki misalda qeyd etdik ki, işəgötürən əsaslandırmaqla işçinin natamam iş həftəsi ilə bağlı ərizəsinə rədd cavabı verə bilər. O zaman sual yaranır ki, bəs, işəgötürən Əmək Məcəlləsinin 94-cü maddəsinin üçüncü hissəsindəki xususiyyətlərə malik işçiyə minimum hansı müddətdə natamam iş vaxtı təyin edə bilər. Əmək Məcəlləsinin 94-cü maddəsinin üçüncü hissəsinin imperativ norma olduğunu qeyd etmişdik. İşəgötürən işçiyə mütləq natamam iş vaxtı təyin etməlidir. Amma natamam iş vaxtının minimum həddi ilə bağlı hər hansı müddət müəyyən edilməyib. Məcəllənin 94-cü maddəsinin 2-ci hisəsində qeyd edilir ki, natamam iş vaxtının müddəti və onun qüvvədə olduğu zamanın — ayın, ilin davamiyyəti tərəflərin razılığı ilə müəyyən edilir. Maddədən göründüyü kimi, işçi müəyyən dövr üçün natamam iş vaxtı ilə bağlı müraciət edə bilər.
Misal. 10 və 8 yaşlarında iki övladı olan işçi müraciət edir ki, dərslərin bağlanması ilə bağlı yay tətili dövründə -3 ay müddətində gündə 6 saat olmaqla natamam iş vaxtına keçmək istəyir. İşəgötürən işçinin həmin müddətdə natamam iş vaxtı ilə işləməsinə razılıq verərsə, 3 aylıq müddət üçün natamam iş vaxtı təyin edə bilər.
Bütün hallarda natamam iş vaxtının müddəti və qüvvədə olma müddəti işəgötürən və işçi arasında razılaşma əsasında olmalıdır. Kollektiv müqavilə tətbiq edilən müəssisələrdə işəgötürən və işçi arasında natamam iş vaxtının müddəti ilə bağlı mübahisə yaranarsa, işə həmkarlar ittifaqı qarışır və araşdırma aparır. Həmkarlar ittifaqı sosial vəziyyətini nəzərə alaraq işçiyə natamam iş vaxtı müddətinin təyin olunması üçün işəgötürəndən xahiş edə bilər.
 
Satışda olan YENİ nəşrlərimiz:

1. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023

2. Əmək Qanunvericiliyi Toplusu 2023

3. ƏMAS platforması A-dan - Z-yə 

4. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) 

5. A-dan Z-yə: Kargüzarlıq (V nəşr)

5. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 

6. Mühasibat uçotu

0 Komment

    Şərh yazın