ƏMAS altsistemində iş yerinin əsas və ya əlavə iş yeri olmasının hansı təsirləri var?

ƏMAS altsistemində iş yerinin əsas və ya əlavə iş yeri olmasının hansı təsirləri var?

Satışına START verilən “ƏMAS Platforması: A-dan Z-yə” kitabından seçmə

Əmək Məcəlləsinin 58-ci, “Əvəzçilik üzrə əmək müqaviləsinin bağlanması və tənzimlənməsi” maddəsinin birinci hissəsinə əsasən, əmək müqaviləsinin şərtləri imkan verdiyi hallarda işçi əsas iş yeri üzrə müəyyən olunmuş iş vaxtından sonra həm əsas iş yerində, həm də əvəzçilik qaydasında əmək müqaviləsi bağlayaraq başqa iş yerlərində də əmək fəaliyyəti ilə məşğul ola bilər. Bu zaman əvəzçilik üzrə əmək müqaviləsi bağlanan iş yeri işçinin əlavə iş yeri, əmək kitabçası saxlanılan yer isə əsas iş yeri sayılır. 

Maddədən göründüyü kimi, işçinin əvəzçilik qaydasında işlədiyi iş yeri əlavə iş yeri hesab ediləcək. ƏMAS altsistemində “İş məlumatları” bölməsinin “İş yeri: əsas və əlavə” altbölməsindən işə qəbul edilən şəxs üçün müvafiq bölmə seçilməlidir:
Əgər işçinin əsas iş yeridirsə, bölmədə “Əsas” seçilərsə, o zaman avtomatik olaraq aşağıdakı bildiriş çıxır:
Bildirişlə yanaşı, işçinin əsas iş yeri haqqında məlumat da əks olunur:
Qeyd edək ki, ƏMAS altsisteminin yaradılmasında iştirak edən nümayəndələrlə görüş zamanı bildirdik ki, işçinin əsas iş yerinin konkret qurum və vəzifə üzrə bildirilməsi işçinin məxfi məlumatlarının açıqlanmasına səbəb olur. İşçinin iş yeri haqqında məlumatların üçüncü şəxslər tərəfindən asanlıqla əldə edilməsi onun əmək hüquqlarının pozulmasına səbəb ola bilər.
Əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq, işçinin bir əsas iş yeri tələbi olduğu üçün, işçinin iş saatından asılı olmayaraq əsas iş yeri mövcuddursa, o zaman həmin işçi yalnız əlavə iş yeri kimi işə qəbul edilə bilər.
İşçini əlavə iş yeri üzrə işə qəbul etdikdə, Əmək Məcəlləsinin tələblərini nəzərə almaq lazımdır. Əmək Məcəlləsinin 58-ci maddəsinin ikinci hissəsinə əsasən, əvəzçilik üzrə iş vaxtının müddəti bu Məcəllənin 89-cu maddəsi ilə müəyyən edilmiş normanın yarısından çox olmamaqla tərəflərin razılığı ilə müəyyən edilir.
Misal. İşəgötürən işçini əvəzçiliklə işə qəbul etsə də, əmək müqaviləsində iş saatının müddətini 09:00-18:00 olaraq müəyyən edib. ƏMAS altsistemində iş saatının 8 saat qeyd edilməsi əmək qanunvericiliyinin tələblərinin pozulmasıdır. Çünki Əmək Məcəlləsinin 89-cü maddəsinin ikinci hissəsinə əsasən, gündəlik normal iş vaxtının müddəti səkkiz saatdan artıq ola bilməz. İşəgötürən də Əmək Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq işçiyə 8 saatın yarısından çox, yəni 4 saatdan çox iş vaxtı müəyyən edə bilməz.

Satışda olan YENİ nəşrimiz: "ƏMAS platforması: A-dan Z-yə" kitabı

Proqram təminatı və əmək qanunvericiliyinin tələblərinin  addım-addım izahı + 20-ə yaxın Nümünəvi forma

Kitabın istənilən ünvana çatdırılması ödənişsiz olaraq həyata keçirilir.

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72,  012-564-86-85 və ya [email protected]

 
 
 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər