ƏMAS-da işçinin başqa vəzifəyə keçirilməsi necə tənzimlənir?

ƏMAS-da işçinin başqa vəzifəyə keçirilməsi necə tənzimlənir?

Satışına START verilən "ƏMAS Platforması: A-dan Z-yə" kitabından seçmə

Bölmənin əvvəllərində ƏMAS altsistemində əmək müqaviləsinə dəyişikliklər edilməsi haqqında kifayət qədər məlumat verdik. İndi isə əmək müqaviləsinə dəyişikliklərin təcrübədə rast gəlinən halları haqqında məlumat verək.
Mİsal 1. İşəgötürən qərar verir ki, 19 sentyabr 2022-ci il tarixdən filialın kredit satışı meneceri vəzifəsində calışan işçisi marketinq üzrə mütəxəssis vəzifəsinə keçirilsin. Əmək Məcəlləsinin 59-cu maddəsinə əsasən, işçiyə əmək müqaviləsində nəzərdə tutulmayan başqa peşə, ixtisas və vəzifə üzrə əmək funksiyasının yerinə yetirilməsini həvalə etmək, başqa işə keçirilmə sayılır və buna yalnız işçinin razılığı ilə, həmçinin əmək müqaviləsinə əlavə və dəyişikliklər edilməklə və ya yeni əmək müqaviləsi bağlanılmaqla yol verilir.

Maddədən göründüyü kimi, işəgötürən işçinin razılığını alıb, əmək müqaviləsində dəyişikliklər etməklə onu başqa vəzifəyə keçirə bilər. Kredit satışı meneceri vəzifəsində çalışan işçinin marketinq üzrə mütəxəssis vəzifəsinə keçirilməsi üçün, həmin vəzifənin vakant yer olması mütləqdir.
İşəgötürən kredit satışı meneceri vəzifəsində çalışan işçinin məlumatları üzərindən “ƏM bildirişinə düzəliş et” düyməsini sixmaqla həmin işçinin əmək müqaviləsi bildirişinə daxil olur. “İş məlumatları” bölməsində işçinin cari vəzifəsinin sağındakı düymənı sıxır ki, vəzifə dəyişikliyini həyata keçirsin:

Qeyd edilən düyməni sıxdıqda vakant yerlər haqqında məlumatlar növbəti pəncərədə açılır. İşəgötürən işçinin növbəti vəzifəsini seçərək prosesə davam edir:

Şəkildə görünən seçim edildikdən sonra işçinin “İş məlumatları” üzrə vəzifə məlumatlarının da dəyişməsi baş verir:
Növbəti addım kimi “2.3.4 Dəyişikliyin qüvvəyə minmə tarixi” bölməsində dəyişikliyin qüvvədə olma tarixi 19 sentyabr 2022-ci il qeyd edilir:
Proses tam başa çatdıqdan sonra ƏMAS altsistemində tərtib olunan əmək müqaviləsində düzəlişlər aşağıdakı kimi əksini tapacaq:
Qeyd etdiyimiz kimi, əmək şəraiti ilə bağlı dəyişiklik məhz e-gov.az portalında yaradılan əmək müqaviləsində ƏMAS altsitemində düzəlişin olması səbəbindən irəli gəlir.

Satışda olan YENİ nəşrimiz: "ƏMAS platforması: A-dan Z-yə" kitabı

Proqram təminatı və əmək qanunvericiliyinin tələblərinin  addım-addım izahı + 20-ə yaxın Nümünəvi forma

Kitabın istənilən ünvana çatdırılması ödənişsiz olaraq həyata keçirilir.

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72,  012-564-86-85 və ya [email protected]

Tematik təlim

Mövzu:  " Tabel uçotu və müəssisədaxili intizam qaydaları: Tələblər və Rəsmiləşdirmə"

Zaman: 19 noyabr 2022-ci il tarixdə, saat 15:00-da.

Qeydiyyat üçün: 050-368-12-72,  012-564-86-85 və ya [email protected]

 
 
 

0 Komment

    Şərh yazın