İşçi məzuniyyət zamanı xəstələndiyi halda proses necə tənzimlənməlidir?

İşçi məzuniyyət zamanı xəstələndiyi halda proses necə tənzimlənməlidir?

Satışı yekunlaşan və 2023-cü il tarixdən satışda olacaq "Əməyin uçotu: A-dan Z-yə" (III nəşr) kitabından seçmə

Əvvəlcə, işçinin təşəbüsü ilə əmək məzuniyyətinin başqa vaxta keçirilməsi hallarına baxaq. Əmək Məcəlləsinin 134-cü maddəsinin üçüncü hissəsinə əsasən, işçinin təşəbbüsü ilə aşağıdakı hallarda əmək məzuniyyəti başqa vaxta keçirilə bilər:
- əmək qabiliyyəti müvəqqəti itirildikdə
Mİsal 1. İşçi əmək məzuniyyətindən 1 mart 2022-ci il tarixdə istifadə etməyi planlaşdırır. Həmin tarixə 2 iş gün qalmış COVİD-19 virusuna yoluxur. Bu halda işçi əmək qabiliyyətini müvəqqəti itirdiyi üçün əmək məzuniyyətinin başqa vaxta keçirilməsi barədə müraciət edir.

Təcrübədə rast gəlinən hallardan biri də, işçinin əmək məzuniyyəti dövründə əmək qabiliyyətini müvəqqəti itirməsidir. Bu məsələ ilə bağlı iki fərqli fikir mövcuddur. Bir qrup mütəxəssislər hesab edirlər ki, işçi məzuniyyət dövründə əmək qabiliyyətini itirərsə, əmək məzuniyyətinin müddəti həmin dövr qədər uzadılmalıdır. Çünki işçi həmin dövrdə məzuniyyət hüququndan istifadə edə bilməyib.
İkinci qrup mütəxəssislər isə belə hesab edirlər ki, işçinin məzuniyyət dövründə əmək qabiliyyətini itirməsi işçinin əmək funksiyasının həyata keçirmədiyi dövrdə baş verdiyi üçün, işəgötürən əmək məzuniyyətinin vaxtının uzadılması məsələsində məcburi yox, könüllü qərar verir.
Məsələ ilə bağlı mks.az saytının sorğusuna Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini Məhərrəm Məhərovun imzaladığı 12 mart 2013-cü il tarixli rəsmi cavab belədir: “Bildiririk ki, işçinin növbəti məzuniyyət (əsas və əlavə məzuniyyət) zamanı xəstəlik və ya zədə nəticəsində əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Məcburi Dövlət Sığorta ödəmələrinin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə 15 sentyabr 1998-ci il tarixli, 189 saylı Qərarının 12-ci maddəsinə uyğun olaraq təqdim olunmuş xəstəlik vərəqəsinə əsasən hesablanaraq ödənilir. Bu zaman işçinin istifadə etmədiyi məzuniyyəti xəstəlik vərəqəsində göstərilən müddət qədər Əmək Məcəlləsinin 134-cü maddəsinin tələblərinə müvafiq olaraq işçinin təşəbbüsü ilə başqa vaxta keçirilə bilər”.
Əmək Məcəlləsindən və rəsmi cavab məktubunda qeyd olunan qaydalardan belə aydın olur ki, əmək məzuniyyəti zamanı əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə işçiyə birmənalı olaraq müavinət ödənilməlidir. Həmin dövr qədər məzuniyyət müddətinin uzadılması və ya başqa tarixə keçirilməsi isə artıq işçi və işəgötürən arasındakı razılaşmaya uyğun müəyyənləşdirilir.
Mİsal. İşçi 1 mart – 31 mart 2022-ci il dövrü üzrə əmək məzuniyyətinə çıxıb. İşçi 10 mart 2022-ci il tarixdə əmək qabiliyyətini 14 günlük itirib. 29 mart 2022-ci il tarixdə iş yerinə sənəd təqdim edərək bildirib ki, əmək qabiliyyətini 14 günlük itirdiyinə görə 31 mart 2021-ci il tarixdə yox, 15 aprel 2022-ci il tarixdə işə çıxacaq.
Misalımızın davamına baxaq. Əgər işçi əmək qabiliyyətini 25 mart 2022-ci il tarixdə 10 günlük itirsə, bu halda işə başlama tarixi 31 mart 2022-ci il olmayacaq. İşəgötürən xəstəlik vərəqəsi təqdim edən işçinin sağalmasını gözləməyə məcburdur.

Satışda olan YENİ nəşrimiz: "ƏMAS platforması: A-dan Z-yə" kitabı

Proqram təminatı və əmək qanunvericiliyinin tələblərinin  addım-addım izahı + 20-ə yaxın Nümünəvi forma

Kitabın istənilən ünvana çatdırılması ödənişsiz olaraq həyata keçirilir.

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72,  012-564-86-85 və ya [email protected]

Tematik təlim

Mövzu:  " Tabel uçotu və müəssisədaxili intizam qaydaları: Tələblər və Rəsmiləşdirmə"

Zaman: 19 noyabr 2022-ci il tarixdə, saat 15:00-da.

Qeydiyyat üçün: 050-368-12-72,  012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər