ƏMAS altsitemində işçinin təhsili haqqında məlumatların daxil edilməsi necə həyata keçirilir?
Satışına START verilən "ƏMAS Platforması: A-dan Z-yə" kitabından seçmə
ƏMAS altsisteminə işçinin təhsili haqqında məlumatların inteqrasiyası həyata keçirilsə də, müəyyən problemlər hələ də qalmaqdadır. Bəzi işçilər ali təhsilli olsa da, proqram təminatı həmin məlumatı əks etdirmir. Buna səbəb həmin şəxsin ali təhsili ilə bağlı məlumatların Dövlət İmtahan Mərkəzi tərəfindən elektron informasiya sisteminə daxil edilməməsidir. Bu cür hallarda işçi ali təhsili təsdiq edən sənədlə Dövlət İmtahan Mərkəzinə rəsmi müraciət etməlidir.
ƏMAS altsistemində işçinin təhsili haqqında məlumat əmək müqaviləsi bildirişinin “§1. Əmək müqaviləsini (kontraktı) bağlayan tərəflər haqqında məlumat” bölməsinin “Təhsili” alt bölməsində yerləşdirilir:
Mümkündür ki, işçinin ali təhsili olsa da, onu təsdiq edən məlumatlar bazada öz əksini tapmasın.
Bu zaman işəgötürən iki üsuldan istifadə etmək hüququna malikdir. Birincisi, işəgötürən təhsil səviyyəsini təqdim edilən bölmələrdən birini seçməklə qeyd edə bilər:
İkinci variant isə odur ki, işəgötürən işçinin təqdim etdiyi sənədlər əsasında təhsil haqqında göstəriciləri qeyd edir. Bunun üçün “Yenisini əlavə et” düyməsini sıxmaqla, ali təhsillə bağlı tələb olunan məlumatlar tam olaraq doldurulmalıdır:
Sonda bildirək ki, təhsil haqqında ümumi məlumatın daxil edilməsi mütləq tələb olduğu üçün bazadan məlumatlar inteqrasiya olunmadığı halda işəgötürən ən azı birinci variantı seçməlidir.
Satışda olan YENİ nəşrimiz: "ƏMAS platforması: A-dan Z-yə" kitabı
0 Komment
Şərh yazın